“Ülvi Quliyev bu etirazın qarşılığında bəzi seçicilərlə öz ofisində..." - 15 saylı dairədə nə baş verir?
15-08-2024 [11:45]
Ötən seçkilərdə baş verən müəyyən seçki pozuntuları, seçicilərin öz iradəsinin əksinə təsdiqlənmiş namizədlərin parlamentdə, həm də bələdiyyədə olması Azərbaycan vətəndaşında seçkiyə inamı xeyli azaldıb...
Mia.az-ın məlumatına görə, bu sözləri Tribunainfo.az-a 15 saylı Yasamal Birinci Seçki Dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi Ərturqut Şərəfxanlı bildirib.
O qeyd edib ki, bu baxımdan seçicilərin 1 sentyabr seçkilərinə marağını yüksək qiymətləndirmək olmaz: “Elə o səbəbdən də görüşlərdə iştirakı seçki fəallığı, ölkədə seçki aktivliyi kimi qələmə vermək düzgün olmazdı. Düzdür, bəzi namizədlər var görüntü üçün müəyyən fotolar, videolar yayırlar ki, guya görüşlərdə xeyli sayda seçici iştirak edir. Ancaq təəssüf ki, bu görüşlər inzibati resurslar əsasında formalaşır və bu da seçki mühitində bərabər rəqabət şəraitini pozur”.
Ərturqut Şərəfxanlının sözlərinə görə, bütün bunlarla yanaşı məhəllə görüşlər keçirərək seçicilərlə ünsiyyətdə olmaq mümkündür və buna tam sərbəst imkan yaradılır: “Azərbaycan vətəndaşında seçki inamını qaytarmaq üçün bu görüşlər əhəmiyyətlidir”. Deputatlığa namizəd hesab edir ki, Azərbaycanda bütün dairələr üzrə, daha çox şəhər dairələri üzrə problemlər eynidir, insanlar eyni məsələlərdən şikayətlənirlər: “Bunlar işsizlik, öz hüquqlarının müxtəlif dövlət qurumlarında kobud şəkildə pozulması, sosial müavinətlərin verilməsində yaranan problem, əlillik dərəcəsinin müəyyənləşməsində və ya ləğv olunmasında yaranan pronlemlərdir. Ayrı-ayrı məhəllələr var ki, onlarda işıq, yol və digər problemlər üzə çıxır. Bütünlükdə isə seçicilərin əksəriyyəti maaşların az, qiymətlərin isə bahalığına şikayətlənirlər”.
Dairədə əsas rəqibi haqda danışan Ərturqut Şərəfxanlı VI çağırış üzrə deputat olmuş Ülvi Quliyev barəsində seçicilərin fikirlərini bölüşüb: “Seçicilərlə görüşlər zamanı bizə məlum oldu ki, bəzi küçələrdə seçicilər nəinki Ülvi Quliyevdən narazıdırlar, hətta onun seçicilərlə görüşməsinə belə etiraz edirlər”.
Ə.Şərəfxanlı bildirib ki, etirazla qarşılaşan rəqibi Ülvi Quliyev bəzi seçicilərlə ofisdə görüşmək məcburiyyətində qalır: “Ülvi Quliyev də bu etirazın qarşılığında bəzi seçicilərlə öz ofisində, yəni seçicini yanına çağıraraq onunla görüşür. Səhv ermirəmsə, Ülvi Quliyev iki dönəm bu dairədən namizəd olub. Yenə deyirəm, rəqib olaraq danışmaq bir az qaydalara uyğun olmaz. Lakin hər halda, Yasamalda olan problemlərdə və bu vaxta qədər parlamentdə ümumiyyətlə, Ülvi Quliyevin hansısa problemi qaldırmaması bir deputat kimi onun haqqında seçicinin rəyini formalaşdıran əsas arqumentdir. Eyni zamanda, Azərbaycan mediasında onun haqqında çıxan yazılara da rəsmi münasibət bildirməməsi göstərir ki, “od olmayan yerdən tüstü çıxmaz…”.
Mia.az xatırladır ki, Ü.Quliyev və onun biznes şəbəkəsi ilə bağlı mətbuatda təkzib olunmayan o qədər iddialar var ki, bu da seçicilərin ona qarşı etimadsızlığını artırıb.
MİA.AZ
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək