"Temu" və "Trendyol"dan müştərilərin şikayətləri artıb - Nə etməli?
13-08-2024 [17:27]
"Temu" və "Trendyol"dan müştərilərin şikayətləri artıb. Belə ki, sifariş verilən mallar ya istənilən formada gəlmir, ya da heç gəlmir. Bir çox müştəri isə gömrük və karqo şirkətləri ilə problem yaşayır.
Bəs bununla bağlı müştərilər hara şikayət edə bilərlər?
Mia.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, istər “Trendyol” saytı, istərsə də “Temu” saytı üzərindən birbaşa Azərbaycana çatdırılma üsulu ilə malların sifariş verilməsi zamanı yaranmış münasibətlər xarici elementli olduğundan, tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
"Həmin Qanunun tələbinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
Daşıma şirkətlərinin xidmətlərindən istifadə edilməklə verilən sifarişlərlə bağlı yaranan münasibətlərə isə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir. Belə ki, əgər sifariş olunan mal itirilmiş, yaxud məhv olmuşdursa, onun tam dəyərini daşıyıcı ödəyir və əgər mal daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş hesab edilir. Lakin daşıyıcı malın itirilməsi və ya məhvinin risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi, həmçinin daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş verdiyini sübuta yetirərsə, məsuliyyəti aradan qalxır. Qanunvericiliyin tələbindən göründüyü kimi, belə vəziyyətdə sübutetmə yükü daşıyıcının üzərindədir.
Qanunvericiliyin tələbinə görə, bağlamanın lazımi şəkildə qablaşdırılmasını satıcı mağaza təmin etməlidir və o, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. Daşıyıcı isə qeyd-şərtsiz daşımaya qəbul etdiyi bağlamanın zahirən görünən qüsurlarının nəticələri üçün məsuliyyət daşıyır.
Bundan başqa, icraçı tərəfindən göstərilən xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxılmalara yol verilərsə, yaxud başqa mühüm qüsurlar olarsa, istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
Həmçinin icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, xidməti pisləşdirmişsə, yaxud xidmətdə başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya xidmətin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud xidmətin haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.
İstehlakçılar yuxarıda göstərilən hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Ərizə, şikayət, təklif” bölməsi, elektron poçt ([email protected]) və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər", - deyə məlumatda qeyd edilib.
Mövzu ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ilə də əlaqə saxladıq.
Agentlik tərəfindən bildirildi ki, telekommunikasiya və poçt sahəsində tənzimləyici qurum olan İKTA tərəfindən telekommunikasiya sahəsində xidmət keyfiyyətinin yaxşılaşdırılması və vətəndaş müraciətlərinin tənzimlənməsi məqsədilə 2023-cü ilin noyabrında “E-Şikayət” sistemi yaradılıb. 2024-cü ilin may ayından etibarən platformanın imkanları daha da genişləndirilib və vətəndaşlara poçt (karqo) xidmətlərinə görə şikayət etmək imkanı yaradılıb:
"Universal və sürətli poçt rabitəsi xidmətlərindən istifadə edən vətəndaşlar qeyd edilən platforma üzərindən xidmətindən narazı qaldıqları poçt rabitəsi operatorlarına və tənzimləyici quruma müraciət edə bilərlər.
Bunun üçün istifadəçilər müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaşlar şikayətlərini onlar üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət etmək istədikləri poçt rabitəsi operatoruna yönləndirirlər. Vətəndaşlar qanunvericiliyə uyğun müəyyən edilmiş müddət ərzində verilən cavabdan razı qalmazlarsa, tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edirlər.
Eyni zamanda onu da qeyd edək ki, bu günə qədər sistem üzərindən telekommunikasiya operator və provayderlərinə, o cümlədən poçt rabitəsi operatorlarına 1400-ə yaxın müraciət daxil olub. Onlardan 40-a yaxını poçt rabitəsi operatorlarındandır".
İsrail Suriyanı yenə bombalayıb
Şimali Kipr Türk Respublikasında şirin su qaynağı tapıldı
Polşa ilə Macarıstan arasında diplomatik gərginlik - Səfir geri çağırıldı, əlaqələr minimuma endirildi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyevlə Berdiməhəmmədov Şuşada naharda - FOTOLAR
Ermənilər Bakıda məhkəmədə: Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan, Levon Mnatsakanyan... - FOTOLAR
II və III ixtisas qrupları üzrə qəbulun nəticəsi açıqlandı: kimlərin nəticəsi ləğv edilib? - Ən yüksək bal toplayanlar bəlli oldu
Laçın meşəliyində yanğən: Sus kənd sakini olan 3 nəfər saxlanıldı - Rəsmi məlumat yayıldı (Yenilənib)
"İsrailin təcavüzü bütün bölgəyə təhlükə yaradır" - Ərdoğan Əhməd Şara ilə müzakirə aparıb
"Rizespor" Ali Sou ilə müqaviləni yeniləyib
"Beşiktaş" bu transferi ləğv etdi - RƏSMİ AÇIQLAMA
"Napoli" Noa Lanqla anlaşıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur jurnalistin ittiham aktı bəlli oldu - Nə qədər həbs gözləyir?
Fransanın Baş Qərargah rəisi Ankaraya gəlib - FOTO
Böyük Britaniyada seçki: səsvermə yaşı 16-ya endirildi
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Rəsmi Moskva: "Ukraynadan təkliflər gözləyirik"
Rəsmi Pekin İsraili qınayıb - "Suriyanın suverenliyinə hörmət edin!"
Pakistanda sel - Son 24 saatda 28 nəfər ölüb, 90 nəfər yaralanıb
Zəfərimiz - Heydər Əliyev ideyalarının təntənəsidir
Üç fələstinlinin evi partladılıb, toqquşma olub - Yaralılar var
Kəngərli kəndinə daha 43 ailə köçürülüb (Yenilənib)
Cude Bellinqhem futboldan 3 ay uzaq olacaq
"Brentford" 34 yaşlı futbolçunu transfer edib
"Leyptsiq" Yohan Bakayoko ilə anlaşıb
"Kocaelispor" Bruno Petkoviçi transfer edib
"Sakaryaspor" sol cinah müdafiəçisi transfer edib
Zədədən yeni sağalan Neymar qol atdı
Davinson Sançesə İtaliya liqasından təklif var - 20 milyon avroluq
YAP-da dəyişiklik - Mərkəzi Aparat rəhbərinə müavin təyin olunub
EXPARGO-nun gətirdiyi uşaq qidası zay çıxıb - Şikayət
Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidinin tikintisi ilə tanış olublar - FOTOLAR
Respublika çempionu kanalda boğulub
Sabah isti hava olacaq
Cəbrayıl könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb
Maykl Cordan ofsiantlara elə məbləğdə şirinlik verdi ki...
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirildi – VİDEO, FOTOLAR
Azərbaycan və Qazaxıstan XTQ heyəti arasında döyüş təcrübə mübadiləsi aparılıb - Açıqlama
Qəzzada daha 85 nəfər ölüb