Elmar Məmmədyarov: "Təklif gələrsə, ona uyğun da addım ataram" - Rusiyaya səfir postna kimlərin adları hallanır?
13-08-2024 [09:22]
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı dəqiqləşdikdən sonra onun yerinə göndəriləcək namizədlər haqqında müzakirələr davam edir.
Mia.az xəbər verir ki, Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi təsdiqlənib. Ötən həftəsonu o, qanunlara uyğun olaraq, artıq səfir kimi fəaliyyətini müvəqqəti dayandırıb. Deputat seçiləcəyi təqdirdə isə geri çağırılacaq və onun yerinə yeni təyinat olacaq.
Azərbaycanın Qarabağda suverenliyini tam bərpa etməsindən və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. Avqustun 6-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə də Prezident İlham Əliyev bir daha iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib. Prezident deyib ki, ilk növbədə geosiyasi vəziyyətlə bağlı əməkdaşlıq son dərəcə zəruridir.
O səbəbdən Rusiyaya səfir postuna göndəriləcək şəxs iki ölkə arasında münasibətlərin spesifikliyini nəzərə almalıdır. Yəni Rusiyada səfir olmaq asan iş deyil və başqa dövlətlərdən fərqlənir. Çünki həm Rusiyada 3 milyondan çox azərbaycanlının yaşadığını nəzərə almaq lazımdır, həm də regionda gedən proseslər fonunda Bakı-Moskva əlaqələrinin əhəmiyyəti diqqətə alınmalıdır. O baxımdan, namizədlər haqqında müzakirə aparıldığı deyilir.
Bir müddət əvvəl bu strateji posta YAP-ın seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanıb. Bundan başqa, Prezidentin köməkçilərindən birinin də Rusiyaya səfir göndəriləcəyi haqda iddialar dolaşmaqdadır.
Etibarlı mənbə “Yeni Müsavat”a Rusiyaya göndərilə biləcək şəxslər arasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da adının hallandığını deyib.
Mia.az xəbər verir ki, Demokrat.az saytı bu mövzuda intriqanı artıran bir iddia haqda yazıb. Bildirilir ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Rusiyadakı səfiri təyin oluna bilər.
Yada salaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin iyulun 16-da imzaladığı sərəncamla Elmar Məmmədyarov ölkənin xarici siyasət idarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Sərəncamdan bir gün əvvəl - iyulun 15-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev E.Məmmədyarovun fəaliyyətini kəskin tənqid etmişdi. Dövlət başçısının müşavirədə E.Məmmədyarovla bağlı dediklərini bir daha yada salmaqda fayda var: “Ayın 12-də (iyundakı erməni təxribatı nəzərdə tutulur-red) hadisələr baş verəndən sonra biz iş yerindəydik. Mən xarici işlər nazirini tapa bilmədim”.
Baş nazir Əli Əsədovun məruzəsində isə bəlli olmuşdu ki, Məmmədyarov evdən işləyir... Bundan əvvəl isə Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirmiş, bir neçə nazirlik rəsmisi həbs edilmişdi...
Ola bilsin, E.Məmmədyarovun belə bir istəyi olsun, onun Rusiya hakimiyyəti, xüsusilə xarici işlər naziri Sergey Lavrovla yaxşı mümasibətləri olduğu sirr deyil. Amma onun yenidən, həm də Rusiyaya səfir kimi strateji posta qayıtması ağlabatan görünmür.
Mia.az-ın məluatına görə, Globalinfo.az-a danışan Elmar Məmmədyarov xəbəri təkzib edib.
O, belə bir təklif almadığını bildirib: “Açığı, mənə bununla bağlı heç bir təklif gəlməyib. Təklif gələrsə, ona uyğun da addım ataram. Amma ortada heç nə yoxdur axı. Həm də artıq hörmətli Polad Bülbüloğlunu deputat seçdilər? (Gülür). Mənim Polad müəllimə böyük hörmətim var. Bizim onunla tanışlığımız hətta mən nazir olmadığım illərə təsadüf edir. O, Azərbaycan üçün istər mədəniyyət, istərsə də siyasi baxımdan yaxşı işlər görüb”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiyadakı səfir postunun Azərbaycan üçün xüsusi önəmi olduğunu bildirdi: “Polad Bülbüloğlunun millət vəkilliyinə namizəd olması Azərbaycanın Rusiyadakı səfir postuna kimin namizədliyinin irəli sürüləcəyi barədə məsələni aktuallaşdırıb. Polad Bülbüloğlu uzun illər Moskvada çalışdı. Azərbaycan üçün onun üstünlüyü o idi ki, gənclik illərində Rusiyada yaşamışdı. Tanınmış müğənni idi. Onu yaxşı tanıyırdılar. Səfir olduğu dönəmlərdə o, yüksək səviyyədə əlaqələr qura bilmişdi. Ona görə də indi Rusiyaya elə bir şəxs səfir göndərilməlidir ki, Rusiya hakimiyyəti ilə sıx əlaqələr qura bilsin. İndidən hansı namizədin olacağını söyləmək çətindir. Rusiya kimi ölkəyə təcrübəli, peşəkar birisi səfir göndərilməlidir. Belə bir diplomata ehtiyac var. Bunu da bir neçə amillə izah etmək olar. İlk növbədə Azərbaycan-Rusiya əlaqələrini gücləndirmək baxımından bu vacibdir. Digər tərəfdən, bəzən dövlətlərarası münasibətlərdə suallar yaranır. Bu anda çevik olmalıdır. Erməni lobbisinin də gücü olduğu ölkələrdən biri Rusiyadır. Azərbaycan əleyhinə təbliğatlarını heç zaman dayandırmırlar. Bu istiqamətdə Rusiyadakı səfirimiz ölkəmizə qarşı təbliğatın qarşısını almağı bacarmalıdır. İndidən kimin səfir olacağını söyləmək çətin olsa da, bu posta, əlbəttə, son dərəcə peşəkar, hazırcavab və təcrübəli bir diplomatın təyin olunması çox vacibdir”.
MİA.AZ
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək