YAP-ın GƏNC NAMİZƏDİ HAQDA MARAQLI FAKT AÇIQLANDI - FOTO
12-08-2024 [15:17]
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsində qalmaqal davam edir.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, sözügedən seçki dairəsində hakim Yeni Azərbaycan Partiyasının namizədlərindən olan VI çağırış Milli Məclisin deputatı Anar Məmmədov barədə şikayətlərin ardı-arası kəsilmir. A.Məmmədovdan Mərkəzi Seçki Komissiyasına şikayət ünvanlayan 97 saylı seçki dairəsindəki namizədlərdən biri ictimai fəal Şəhriyar Məcidzadə bəzi faktları açıb.
“Bərdədən gələn “seçicilər”” başlığı ilə Məmmədovun təşviqat kampaniyasını tənqid atəşinə tutan Məcidzadə paylaşdığı görüntüləri belə şərh edib: “Kiçik bir araşdırma kifayət edir ki, Anar Məmmədovla görüşdə oturan və onun ətrafında gəzən adamların Bərdə və Goranboyun bizim dairəyə düşməyən bölgələrindən gəldiyi müəyyən edilsin. Yəni 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrdən gələn seçicilər olduğu müəyyən edilsin. Mən Azərbaycan vətəndaşlarının digər rayonlara getmələrinin əleyhinə deyiləm. Amma yaxşı olar ki, onlar öz rayonlarında deputatlarını seçsinlər. Konstitusiyaya görə də belədir. Məsələn, qırmızı halqa ilə işarələnmiş şəxs Bərdədə çox hörmətli Seyid Yusif Ağanın nəvəsi, Goranboyun keçmiş axundu, xətrini çox istədiyim Səbuhidir. İndi ortaya üç sual çıxır:
1. Tərtərlilərin yerinə 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinə düşməyən bölgələrin sakinləri, o cümlədən bərdəlilərmi səs verəcək?
2. YAP-ın namizədi niyə tərtərlilərdən dəstək ala bilmir?
3. Din xadimləri siyasətəmi gəlir?
Tərtərdə seçici tapmayanda digər rayonlardan kömək çağırmaq lazım deyil. Mən Tərtərə, Ağdərə və Goranboya mütərəqqi fikirləri, elmi, yaradıcılığı təşviq etmək adına gəlmişəm”.
Ş.Məcidzadə MSK-ya ünvanladığı şikayət barədə də açıqlama verib: “MSK-ya Anar Məmmədovun seçki təşviqatını əvvəlcədən başlaması ilə bağlı topladığımız faktları rəsmi məktubla avqust ayının 9-da bildirişli məktubla göndərmişəm. Surətini isə 97 saylı Tərtər DSK-sına göndərmişəm. Məktublar hələ çatmayıb. Bilirlər ki, Anar Məmmədovun namizədliyi ləğv edilməlidir. Bilirlər ki, bütün sosial şəbəkə, media bundan yazıb. Necə başa düşək, Anar Məmmədovun qayınatası milyarder Qulam Ələkbərova dövlətin qanunlarının gücü çatmır? Paylaşın, yayın. Dövlətin oliqarxiyadan güclü olmasına dəstək olun!”
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...