Tibbi bacıları və... - Səhiyyə sahəsində çalışan bu işçilərin də maaşları qalxdı + CƏDVƏL
23-01-2020 [16:15]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib.
Agentlikdən Mia.az-a verilən məlumata görə, qaydaya əsasən tibb işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
Səhiyyə işçilərinə əmək şəraitinə görə verilən əlavələr aşağıdakı növlərdən ibarətdir:
sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə;
sağlamlıq üçün xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə əlavə;
insanın immunçatışmazlığı sindromu (QİÇS) və ya insanın immunçatışmazlığı virusu (İİV) ilə əlaqəli əmək şəraitinə görə əlavə;
ixtisas dərəcəsinə görə əlavə;
fasiləsiz əmək stajına görə əlavə;
gecə vaxtı yerinə yetirilən işə görə əlavə;
əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə;
işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə.
Orta və kiçik tibb işçilərinin göstərdikləri xidmətlərin xüsusiyyətləri nəzərə alınaraq, onların aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən həvəsləndirici əlavələr tutduqları vəzifələrdən asılı olaraq sabit əlavələr şəklində təyin olunur.
| Struktur vahidin/vəzifənin adı | Sabit əlavələrin məbləği |
| Orta tibb işçiləri (heyəti) | |
| Reanimasiya şöbəsi (Laborant vəzifəsində çalışan işçilər istisna olmaqla), Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsi (Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan işçilər istisna olmaqla) | 160,00 manat |
| Cərrahiyyə (Əməliyyatxana bölməsində çalışan işçilər istisna olmaqla), Terapiya, Uşaq, Ginekologiya və doğum, Hemodializ, Laboratoriya, Fizioterapiya şöbələri, Aptek bölməsi, Statistika bölməsində tibbi statistik vəzifəsində çalışan, Radiologiya şöbəsində texnik vəzifəsində çalışan, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçiləri | 110,00 manat |
| Ailə Sağlamlıq Mərkəzində çalışan orta tibb işçiləri | 80 manat |
| Poliklinika,Radiologiya (Radiologiya şöbəsində texnik vəzifəsində çalışan işçilər istisna olmaqla) şöbələrində, Yoluxucu xəstəliklər və Vərəm şöbələrində stasionar xidmət göstərən, Nevroloji Sanatoriya və Sanatoriya-Kurort tipli bölmələrdə orta tibb işçiləri | 80,00 manat |
| Əməliyyatxana bölməsində əməliyyatxana texniki vəzifəsində çalışan orta tibb işçiləri | 40,00 manat |
| Baş tibb bacısı (qardaşı) vəzifəsində çalışan orta tibb işçisi | 790,00 manat |
| Kiçik tibb işçiləri (heyəti) | |
| Reanimasiya şöbəsi və Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsində çalışan kiçik tibb işçiləri | 60,00 manat |
| Cərrahiyyə, Doğum və Ginekologiya, Fizioterapiya, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi, Laboratoriya, Uşaq, Poliklinika, Radiologiya, Terapiya, şöbələri, Yoluxucu xəstəliklər və Vərəm şöbələrində stasionar xidmət göstərən Nevroloji Sanatoriya və Sanatoriya-Kurort tipli bölümlər, Adminstrativ və Qeyri-tibb bölümlərində çalışan kiçik tibb işçiləri | 40,00 manat |
| Baş təsərrüfat bacısı (qardaşı) vəzifəsində çalışan kiçik tibb işçisi | 210,00 manat |
Əlavə olaraq, kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan orta və kiçik tibb işçilərinə sabit əlavələr də ödənilir.
Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, dispetçerlərinin, orta və kiçik tibb heyəti işçilərinin və sürücülərinin, qan və onun komponentlərini, habelə sümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən orta və kiçik tibb heyəti işçilərinə gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi (təcili yardım sahəsinə münasibətdə həmçinin Qaydanın 17.4-cü bəndində göstərilən sabit həvəsləndirici əlavələrin 35 faizi miqdarında), digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilir.
Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir.
Xəstəxana strukturuna görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarlar üzrə toplanılan balların 2-yə nisbəti ilə müəyyən edilir);
Tibbi-statistik göstəricilərə görə - maksimal bal 40-dır (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir);
İnzibati idarəetmə fəaliyyətinə görə - maksimal bal 30-dur (yekun bal bu qrupda olan meyarların hər biri üzrə verilən balların cəminə bərabərdir).
Qiymətləndirmə nəticəsində tibb müəssisələri 3 qrupa (2-ci və 3-cü qruplar isə öz növbəsində iki kateqoriyaya – A və B kateqoriyasına) bölünürlər:
2-ci qrup – 31-60 bal toplayan müəssisələr
Qeyri-tibb işçilərinin aylıq vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq həvəsləndirici əlavələr onların çalışdıqları tibb müəssisəsinin aid olduğu qrup və kateqoriyadan asılı olaraq tənzimlənir. Qeyri-tibb işçilərinə verilən aylıq həvəsləndirici əlavələrin məbləği ilə buradan - https://its.gov.az/uploads/law/62/922162.pdf tanış olmaq mümkündür.
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi