Deputat Kamaləddin Qafarovun mandat nəyinə gərəkdir? - Nəhəng biznes imperiyası haqda maraqlı məlumatlar yayıldı
12-08-2024 [10:55]
Ölkədə adı bir çox qalmaqallarda hallanmış, dərman monopolisti kimi tanınan deputat Kamaləddin Qafarov yenidən mandat sahibi olmaq üçün qollarını çırmayıb.
Mia.az Tribunainfo.az-a istinadla xəbər verir ki, o, elə əvvəlki seçki dairəsindən namizəd olmaq istəyir. Seçildiyi dairədə tanımadıqları halda, üstəlik, seçildikdən sonra seçiciləri ilə görüşməyi belə özünə rəva bilməyən bu deputatın dərdi təkcə mandat deyil. Onun məqsədi uzun illərdən bəri qurduğu bizneslərini təminat altına almaqdır.
Söhbət o biznesdən gedir ki, onun bir ucu Bakıdan başlayıb, bir ucu da Cənubi Kiprdə boy verir. Həmin biznes şəbəkəsi ilə bağlı Tribunainfo.az-ın əsasən araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumatlardan və internet resurslarından istifadə etməklə apardığı araşdırmada deputatın çox böyük biznesə malik olduğu üzə çıxıb.
Onları sıralama ilə oxuculara təqdim edirik:
9 saylı Binəqədi II seçki dairəsindən deputat, Milli Onkologiya Mərkəzinin baş direktor müavini olan bu şəxsin dərman imperiyasına "AZƏRİ MED" MMC başçılıq edir. Maraqlı məqam odur ki, Qafarov onkoloji xəstələrin üzərində biznes quraraq, böyük sərvətlərə sahiblənib.
Çünki Milli Onkologiya Mərkəzi hər il on milyonlarla manat pulu məhz onun şirkətlərinə yönəldir. Təkcə 2019-cu ilim fevralın 19-da MOM və "AzərMED" arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib.
Deputat ola bilsin ki, bu rəqəmləri inkar etsin, hətta şirkətin ona məxsus olmadığını bildirsin. Düzdür, Vergilər Nazirliyinin saytında "Azəri Med"in qanuni təmsilçisi kimi Famil Rəhimli Vəli oğlu göstərilir. Amma Qafarov şirkətin ünvanında "quyruğu ələ verib". Çünki "Azəri Med"in qeydiyyatda olduğu ünvanda, yəni Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də elə deputat və və uşaqları rəsmi qeydiyyatdadır.
Amma Qafarovun biznesi bununla yekunlaşmır. Onun ayrıca Əhməd Rəcəbli küçəsindəki "AzeriMed Tibbi Market"i də tibbi ləvazimatların və
avadanlıqların satışını həyata keçirir. Bundan başqa, o, "ZƏFƏRAN" apteklər şəbəkəsi və "ZƏFƏRAN HOSPİTAL"ı da idarə edir.
Onun daha bir ailə şirkəti – "AZƏRİ MED-MNK" MMC deputatın qeydiyyatda olduğu evi hüquqi ünvan kimi göstərib. 2008-ci idə qeydiyyata alınan şirkətin qanuni təmsilçisi isə elə Kəmaləddin Qafarovun yaxın qohumu Caniliya Rəhim qızı Qafarovadır.
Jurnalist Cavanşir Həsənlinin araşdırmasına istinadən bildirək ki, Kəmaləddin Qafarovun digər obyekt və biznesləri aşağıdakılardan ibarətdir:
– VERSAL PALACE şadlıq evi. Orani Cəlaləddin Qafarovun adına keçirib..
– "VERSAL PALACE" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ – Qanuni nümayəndəsi Elmira Paşa qızı Məmmədovadır.
– "KANON" MMC. Aptek şəbəkəsidir. 2008-ci ildə yaradılıb və Səbuhi Abbasov Füqar oğlunun adına sənədləşdirilib.
– "SHAFRAN" MMC 2008-ci ildə yaradılıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Şəmsəddin oğlu Qafarovdur.
– "AVESTAFARM" MMC 2009-cu ildə yaradılıb və qanuni təmsilçisi Elçin İsmayıl oğlu İbrahimovdur. Bu şirkət də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə – "Azəri Med" MMC-yə birləşdirilib, hazırda ləğv prosesindədir.
– "MEGA PHARMACY" MMC. Onun da qanuni nümayəndəsi Caniliya Qafarovadır.
– "NATURALİST" FƏRDİ FİRMASI. Əczaçılıq sahəsində fəaliyyət göstərən və ayrıca aptekləri olan bu şirkət də deputatın qardaşına aiddir.
Amma Kəmaləddin Qafarovun biznesi təkcə Azərbaycana sığmır. O, həm də ölkə hüdudlarından kənara çıxıb.
Məsələn, "HELİOS PHARMA LTD" Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. Şirkət Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun adına olub. Lakin 2018-ci ildə şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib.
Xaricdəki ikinci şirkət isə "SALİDONT LTD"dir ki, 2019-cu idə Cənubi Kiprdə təsis edilib. Şirkətin idarə olunması Patricia Stilianoya həvalə edilib.
P.S. Bu qədər böyük bir biznesi olan şəxsin mandat davası etməsinin əsl səbəbinin nə olduğunu görməmək mümkün deyil. Onu sıravi vətəndaş, adi seçici maraqlandırmır. Əgər belə bir niyyəti olsaydı rəhbəri olduğu Milli Onkologiya Mərkəzində onkoloji dərman biznesiylə məşğul olmazdı. Halbuki məhz onun fəaliyyəti nəticəsində xərçəng xəstələri ucuz dərman tapa bilməməklə yanaşı, həm də ucuz müalicə imkanlarından məhrum olunublar. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək