Azərbaycan Ordusunun üç əsgəri hərbi təlimlər zamanı xəsarət alıb - VİDEO

img

09-07-2014 [11:15]


Azərbaycan Ordusunun üç əsgəri qumbara ilə ehtiyatsız davranma nəticəsində xəsarət alıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, hadisə iyulun 8-də keçirilən təlimlər zamanı baş verib.

Qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.

İlkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər. Vəziyyətləri kafidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA