ŞOYQUNUN BAKIDAN ƏVVƏL İRANA SƏFƏRİ: qəfil səfərin gizli tərəfləri - TƏHLİL
07-08-2024 [14:16]
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun ötən gün Bakıya gəlməzdən əvvəl İrana səfər etməsi diqqət çəkir.
İran-İsrail gərginliyinin artdığı bir vaxtda Tehran və Moskva arasında müzakirə edilən məsələlər maraq doğurur.
Şoyqu səfər çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və Prezident Məsud Pezeşkianla görüşlər keçirib.
Danışıqlar zamanı təhlükəsizlik, ticarət-iqtisadi layihələr, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektləri müzakirə olunsa da, Tehranın Moskvadan konkret istəklərinin olduğu məlumdur.
Aydın məsələdir ki, indiki məqamda İran Rusiyadan strateji silahların alınmasını planlaşdırır. Tehran Moskvanın “Su-35” qırıcıları, hava hücumundan müdafiə sistemləri, radar qurğuları tədarük etməsini istəyir. Bu istiqamətdə tərəflər arasında vaxtaşırı görüşlər olsa da, görünür, Şoyqunun səfəri ilə müəyyən məsələlər ətrafında konkret razılıq əldə edilib. Düzdür, “Su-35” qırıcılarının İrana satışı hələlik real görünməsə də, yeni hava hücumundan müdafiə sistemləri, radarlar qurğularının tədarükünə dair razılığın olması istisna deyil.
Rusiya indiki məqamda genişmiqyaslı İran-İsrail müharibəsinin olmasını istəmir. Prezident Vladimir Putin İranın dini lideri Ayətullah Xameneidən HƏMAS-ın siyasi liderinin Tehranda öldürülməsinə sakit cavab verməsini və İsrailin mülki obyektlərini hədəf almamağı xahiş edib. Total bir müharibə gərginliyin arealını genişləndirə, prosesə başqa oyunçuları cəlb edə bilər. Bu zaman Rusiya İranı qorumalı olduğu üçün prosesin böyüməsində maraqlı deyil. Digər tərəfdən, İran-İsrail gərginliyi Cənubi Qafqaza da sıçraya bilər.
Bununla belə, Yaxın Şərqdə gərginliyin müəyyən qədər artması, müharibə ritorikasının genişlənməsi Rusiyaya sərf edir:
Birincisi, Rusiya bu yolla böyük ölçüdə silah satışı gerçəkləşdirə bilər. İran artıq ilk addımı atır və Kremllə müəyyən silahların, qurğuların tədarükünə dair razılıq əldə edib. Bundan başqa, Moskva İran üzərindən “Hizbullah” və HƏMAS-a da silah tədarükü edə bilər. Beləliklə, Rusiya Qərbin sanksiyaları, habelə Ukrayna müharibəsinin vurduğu iqtisadi ziyanı kompensasiya etməyi düşünür.
İkincisi, İran-İsrail gərginliyinin total müharibə fazasına keçməyib, qarşılıqlı diplomatik, habelə müəyyən mənada hərbi kontekstdə davam etməsi Qərbin, ABŞ-ın diqqətini bu regiona çəkə bilər. Bu zaman isə Rusiya Ukraynaya daha çox təzyiq edib, yeni ərazilər işğal edə biləcək. Son günlər rus ordusunun Ukraynada irəliləməsi də bunu təsdiqləyir.
Turan Rzayev
MİA.AZ
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq