Daha bir jurnalist mətbuat katibi təyin olunub

img

05-08-2024 [11:57]


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Korporativ Kommunikasiya və İctimaiyyətlə əlaqələr bölməsinə yeni rəhbər təyin edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu vəzifə qurumun ictimaiyyətlə əlaqələr üzrə meneceri Amin Nəzərliyə həvalə olunub. O, bundan sonra qurumun media üzrə məsul şəxsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, A.Nəzərli daha əvvəl “Qafqazinfo”nun əməkdaşı olub.

Xatırladaq ki, sözügedən bölmənin keçmiş rəhbəri Murad Əhmədov bir müddət öncə AzInTelecom-da Marketinq şöbəsinin müdiri təyin edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA