Deputatın oğlu hakerliyə görə həbs olundu

img

08-07-2014 [11:26]


Amerika hüquq-mühafizə orqanları dünyanın ən təhlükəli kompüter fırıldaqçılarından biri hesab olunan Rusiya vətəndaşı Roman Seleznyovu həbs etdiklərini bildiriblər. Modern.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Seleznyov həm də Rusiya Dövlət Dumasının Liberal-Demokrat fraksiyasından olan üzvü Valeri Seleznyovun oğludur. Amerika polisinin iddiasına görə, 2009-2011-ci illərdə deputat oğlu hakerlik yolu ilə sadə amerikalıların kompüterlərinə daxil olaraq onların şəxsi məlumatlarını, o cümlədən kredit kartlarındakı informasiyaları oğurlamaqla məşğul olub. O, bunun üçün kompüterlərə zərərverici viruslar salıb. Daha sonra pul qarşılığında oğurladığı məlumatları satıb. İyulun 5-də Amerika Təhlükəsizlik Agentliyi və Maliyyə Nazirliyi yanındakı xüsusi xidmətin keçirdiyi ortaq əməliyyat zamanı 30 yaşlı Roman Seleznyov həbs olunub. Ötən gün ABŞ-ın Sakit okeanda yerləşən Quam adasında məhkəmə qarşısına çıxarılan rus hakerə qarşı rəsmi ittihamlar irəli sürülüb. Onun günahı sübuta yetirilərsə, Dumanın deputatı Valeri Seleznyov oğlunu görmək üçün bir neçə onillik gözləməli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA