Bakıda daha bir biabırçı hadisə - dayıoğlu bibioğlunu zorladı

img

07-07-2014 [18:42]


Bakının Fatmai kəndində bibioğlu dayıoğlunu qeyri-adi şəkildə zorlayıb.

Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Bilal Nəbiyev bildirib ki, 24 yaşlı Elvin Babayev dayısı oğlu 22 yaşlı Asif Əsgərovu elə evlərinin qarşısında zorlayıb.

Hadisəni törədən Elvin Babayev əməlinə görə Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları tərəfindən tutularaq aidiyyatı üzrə əraziyə - Abşeron Rayon Polis Şöbəsinə təhvil verilib.

O, istintaqa ifadəsində bildirib ki, Asif Əsgərovla birlikdə  kafedə yeyib-içdikdən sonra oradan uzaqlaşıblar. Yolda özlərinə pivə alan qohumlar bir-biri ilə zarafatlarından da qalmayıblar. Lakin zarafatın sonu acı faciə ilə bitib:

"Bir az içkili idik. Bir-birimizlə zarafat edirdik, sonra zarafat mübahisəyə çevrildi və biz dalaşdıq. Çünki o məni nalayiq sözlərlə təhqir elədi. Mən də əlimdə içdiyim pivə butulkasını daşa vurub sındırdım. Sonra da Elvini yerə yıxıb butulkanın başi ilə onu zorladim”.

Əməlindən peşman olmayan Elvin Babayev "baxmaram qohumdu, yenə söysə, yenə də eyni üsulu edərəm ” deyib özünə haqq qazandırdı.

Qeyd edək ki, zərərçəkən dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

publika.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA