Ərdoğanın Qarabağ üzərindən hədəsinin səbəbi və ya Çin faktoru – Türk ordusu hücuma keçəcək? (TƏHLİL)
29-07-2024 [14:53]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” deyib.
İsrailin xarici işlər naziri İsrael Kats Ərdoğanın bəyanatını X (keçmiş Twitter) platformasında pisləyib.
“Ərdoğan Səddam Hüseynin yolu ilə gedir və İsraili hücumla hədələyir. O, İraqda nə baş verdiyni, necə bitdiyini xatırlasa, yaxşı olar” – nazir postunda yazıb.
Əvvəlcə deyim ki, Türkiyə İsrailin Qəzzada başlatdığı əməliyyatdan sonra Fələstin və Qəzzaya ən böyük diplomatik və humanitar yardımı edən ölkədir. Ankara Təl-Əvivin əməliyyatları davam etdirməsi, mülki şəxslərin həyatını itirməsi fonunda humanitar yardımları hərbi-texniki yardımla əvəzləyə bilər.
Mümkündür ki, Ərdoğan “Biz Qarabağa, Liviyaya necə girdiksə, eynisini onlara da edərik” sözləri ilə Fələstinə və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardımı nəzərdə tutur.
Məsələ ondadır ki, Türkiyə heç vaxt Qarabağa girməyib. Rəsmi Ankaranın İkinci Qarabağ savaşında Azərbaycana siyasi dəstəyi, bunun öncəsində hərbi-texniki yardımı, diplomatik sferada sərgilədiyi mövqe danılmazdır. Lakin bu, Türkiyə ordusunun Qarabağda döyüşməsi mənasına gəlmir. Azərbaycan tərəfi də bu günə qədər belə bir məlumatı açıqlamayıb.
İkinci Qarabağ müharibəsinə qədər Türkiyə Azərbaycanın strateji tərəfdaşı idi. Əlaqələr ən üst səviyyədə idi. Müharibədən sonra isə tərəflər arasında “Şuşa Bəyannaməsi” imzalandı və bununla da iki ölkə rəsmi səviyyədə bir-birinin müttəfiqi oldu. Yəni zərurət yaranarsa, rəsmi Bakı və ya Ankara bir-birindən dəstək istəyə bilər.
Türkiyənin Liviyaya etdiyi yardımla Azərbaycana etdiyi yardım heç bir halda eyni deyil. Çünki iki ölkənin içində olduğu situasiya fərqli idi. Liviya faktiki olaraq parçalanmış vəziyyətdə, vətəndaş müharibəsinin içində idi. Liviyanın qanuni hökuməti Ankaradan hərbi dəstək tələb etmişdi. Azərbaycan isə belə bir zərurət olmadığından türk ordusundan dəstək tələb etmədi. Bununla belə, diplomatik sferada tərəflər ortaq hərəkət edirdi.
O ki qaldı Türkiyənin İsrailə girməsinə, bu, indiki məqamda real deyil. Hər şeydən öncə Türkiyə ilə İsrail arasında iqtisadi əlaqələr var. 2010-cu ildə baş verən “Mavi Mərəmərə” olayından sonra iki ölkə arasında siyasi münasibətlər kəsilsə də, iqtisadi münasibətlər davam etdi.
Türkiyə və İsrail münasibətləri kifayət qədər dərin və pozulması hər iki tərəfə ciddi zərər vuracaq səviyyədədir. Bundan başqa, Türkiyənin İsrailə girməsi Ankaraya qarşı ciddi təzyiq yarada bilər.
Ərdoğanın birdən-birə İsraili belə sərt ritorika ilə hədələməsinin əsas səbəbi isə tam fərqlidir. Məlum olduğu kimi, bir müddət öncə Pekində HƏMAS və FƏTH arasında Qəzzanın idarə edilməsinə yönəlmiş birlik sazişi imzalanıb.
Çinin iki rəqibi barışdırması Ankaranı narahat edir. Təbii ki, söhbət HƏMAS və FƏTH-in barışmasından getmir. Ankaranı narahat edən əsas məsələ Çinin keçmiş Osmanlı imperiyasının nüfuz zonasına daxil olmasıdır. Türkiyə isə bu regionu özünün arealı sayır.
Ankara regionda söz sahibi ölkə olduğunu sübut etmək istəyirsə, Çinin etdiyindən daha böyük bir şey etməlidir. Mümkündür ki, Türkiyə Fələstin və ya Qəzzaya (HƏMAS-a) hərbi-texniki yardım edəcək. Bununla belə, yardımın uzunmüddətli olacağını düşünmürəm. Ankara siyasi sferada etdiyi həmlələrin iqtisadi münasibətlərə təsir etməsini arzulamır.
Turan Rzayev
MİA.AZ
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib