Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-07-2024 [00:02]
Qoç - Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.
Buğa - Günün ilk yarısında böhranları çözmək olar. Təsadüflərdən yararlanın. İrəliləyişi sürətləndirmək üçün aktiv olun. Yaxın ətrafınızdakı insanlarla təmaslarda fəal davranın. Qeyri-standart olun, problemlərin çözümünə geniş aspektdə nəzər salın. Riskli eksperimentə başlamaq olar.
Günün ikinci yarısında yeni proses pis başlamayacaq. Bununla belə, məhkəmə çəkişməsi və ya ağır müalicə proseduru da ola bilər.
Daşınmaz əmlak, ev və mənzillə bağlı yaxşı perspektivlər var. Evdən uzaqda yaxşıca dincələ bilərsiniz.
Əkizlər - Peşəkar məsələlər xeyli güc tələb edir. Ancaq nə vaxtsa yardım etdiyiniz insanlar köməyinizə gələcəklər. İşləriniz çox olsa da, qeyri-formal ünsiyyət üçün də vaxtınız qalacaq. Bunu əhəmiyyətsiz qoymayın: məhz belə görüşlərdə sizin üçün aktual olan bir neçə problemi həll edə bilərsiniz.
Qohumlar arasındakı söz-söhbətə son qoya, ədaləti bərpa edə, sizin üçün dəyərli olan insanların arasını düzəldə bilərsiniz. Maliyyə perspektivləri pis deyil. Axşam saatlarına yaxın yeni problemlər yaratmayın.
Xərçəng - Günün ilk yarısında aktiv olun. Vəd etdiyiniz görüşü, müzakirəni, səfəri əsla təxirə salmayın. Tənbəllik və süstlüyü pərdələmək üçün bəhanələr uydurmayın. Yeni məlumatlar əldə etməyə çalışın. Sifarişçilər və müştərilərin, tərəfdaşlar və şəriklərin sayını artırın.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə münasibətlərdəki sərinlik aradan qalxa bilər. Dostların xətrinə dəyməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərinə qulaq asın. Axşam saatlarına yaxın işində problemlər yaranmış avadanlığı dərhal təmir edin.
Şir - Cari işlərə diqqət yetirmək çətindir: ürəyiniz böyük layihələr və möhtəşəm qələbələr istəyir. İddialı ideyalarınızı reallaşdıra bilərsiniz. Dəfələrlə hər şeyə qadir olduğunuzu sübut etdiyiniz adamlar bu işdə sizə yardımçı ola bilərlər. Sizi bu gün xeyli tənqid edirlər, amma bunların heç biri eyninizə deyil.
Gənclərlə ünsiyyət faydalıdır - onların həyatsevərliyi və nikbinliyi sizə də sirayət edir. Özünüzdən cavan bir insanla eşq macəranız başlaya bilər. Muzey və sərgi salonlarına gedin.
Qız - Ampluanı dəyişmək üçün yaxşı gündür. Maraqlı iş axtarırsınızsa, aktiv olun. Yeni ideyalardan biri irəliləyiş və gəlir vəd edir. Maneələri dəf etməkdən usanmayın. İlk cəhddən alınmayan işi başa vurun.
Günün ikinci yarısında planlarınız çərçivəsində hərəkət edin. Aqressiv və kobud davranmayın. Kinli olmayın ki, qarşı tərəf də sizin nə istədiyinizi anlasın. Biliklərlə məlumatlarınızı artırın. İnformasiyalardan bəhrələnin. Cəsur və çevik insan təsiri bağışlayın.
Tərəzi - Qarşınıza çıxan maneələri aradan qaldırmaq üçün var gücünüzlə çalışın. Səyahət, səfər, təhsil, məlumat və informasiya mübadiləsi üçün əlverişli zamandır. Problemləri qeyri-rəsmi toplantıda və görüşdə müzakirə etmək olar. Yeni dostlar tapa bilərsiniz.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanın məsləhətlərinə diqqətlə qulaq asın. Kollektiv fəaliyyətin aktuallığı artacaq. Müzakirələrə qatılın. Amma mübahisələrdən yan qaçın.
Əqrəb - Cari işlərin bəzilərini dostların və yaxınların yardımları ilə həll etmək mümkündür. Cari resurslardan effektiv istifadə edin. Ümumi ətalət, bilik və ideyalar qıtlığı problemlər yarada bilər. Sərmayə və ümumiyyətlə maliyyə məsələlərində uzaqgörən olun.
Günün ikinci yarısında unutmayın ki, inkişaf irəliyə doğru aramsız hərəkətdir. Situasiyadan asılı olaraq pulu daha məqbul saydığınız layihəyə və ya istiqamətə yatıra bilərsiniz. İnnovasiyalar, axtarışlar, faydalı təmaslar və əlaqələrin reallaşdırılması üçün münasib zamandır. Uğurlarınızdan feyziyab olanda başqalarının səhvlərindən də nəticə çıxarmağı unutmayın. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.
Oxatan - Bir qədər öncə yaranmış problemlərin fəsadlarını aradan qaldırmaqda tənbəllik etməyin. Əhvalınız yaxşılaşa bilər. Yeni gəlir mənbəyi olacaq.
Yaxın ətrafınızdakı insanların yardımlarından istifadə edərək maneələri dəf edə bilərsiniz. Dəvət aldığınız yerlərə yollanın, ictimai həyatdan kənarda qalmayın. Guşənişin olmayın.
Günün ikinci yarısında radikal dəyişikliklərə başlamağa tələsməyin. Dəyər verdiyiniz insanla münasibətləri reabilitasiya edə bilərsiniz. Özünüz öyrənməklə yanaşı, təcrübə və biliklərinizi sevdiyiniz insanla da bölüşün. Səfər və informasiya axtarışı uğurlu olacaq. Yeni tanışlıqlar istisna deyil. Xarici dil öyrənməyə başlayın.
Oğlaq - Yeni işə, layihəyə başlaya bilərsiniz. Yeni gəlir, bilik, informasiya mənbələri arayın. Son xəbərlərdən agah olun. Məlumatsız qalmaq rəqiblər qarşısında zəif mövqelərlə könüllü razılaşmaq anlamına gəlir. İrəliləyiş üçün impulslardan yararlanın.
Günün ikinci yarısında yaradıcılıq ideyalarının bazasını genişləndirin. Əlavə bacarıqlar əxz edin. Yeni, maraqlı təmaslar yarana bilər. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Dolça - Münasibətlərdə qeyri-formal motivlər güclənəcək. Kommunikasiyaları aktivləşdirin. İdeyalarınızı paylaşın, son xəbərləri öyrənin. Genişmiqyaslı layihəni inkişaf etdirmək olar.
Günün ikinci yarısında kompüter texnologiyaları ilə bağlı məsələdə irəliləyiş olacaq. Rutin işlərdən qaçmayın. Bilik və bacarıqlarınızı artırın.
Axşam saatlarına yaxın yaxşı məsləhət ala bilərsiniz. Dəyər verdiyiniz insanların qayğısına qalın.
Balıqlar - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısında sizə böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"