Şimalı Kipr düyünü: necə çözüləcək? - TƏHLİL
24-07-2024 [15:19]
Şimali Kiprin nəqliyyat və inkişaf naziri Erhan Arıklı diqqətçəkən bir təkliflə çıxış edib. O deyib ki, “Şimali Kipr Türk Cümhuriyyəti müstəqil dövlət kimi tanınmasa, Türkiyənin tərkibində muxtar respublika statusuna keçilməsinə baxıla bilər”.
Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib. Digər mühüm məqam Arıklının Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikasını misal gətirərək təklifini arqumentləşdirməsidir.
Təklifə keçməzdən öncə qeyd edim ki, Şimali Kipr Türk Cümhuriyyəti deyə bir dövlət qurulmaya bilərdi. Adanın türk əhəlisinin heç vaxt etnik əsaslı bir dövlət qurmaq niyyəti olmayıb. Belə ki, 11 fevral 1959-cu ildə imzalanan Sürix və London müqavilələrinə görə, Kiprdə yunan və türk xalqlarının bərabərhüquqlu olduğu Kipr Respublikası qurulması qərarlaşdırılmışdı. Hətta Böyük Britaniya, Türkiyə və Yunanıstan dövlətlərinin təminatçılığı ilə Kipr Respublikasının konstitusiyasının tərtib edilməsi üzrə danışıqlar aparılırdı. Həmin danışıqlarda yunan tərəfini Baş yepiskop Makarios, türk tərəfini isə Fazıl Kiçik təmsil edirdi.
Lakin 16 avqust 1960-cı ildə Kipr Respublikası qurulsa da, konstitusiya danışıqları gözlənilən nəticəni vermədi. Adanın türk əhalisi yunanlarla bərabərhüquqlu görülmədi, etnik azlıq kimi təsdiqləndi. Dövrün Yunanıstan xunta rejiminin “Enozis” planı ilə adadakı yunanları silahlandırması və türkləri qovmaq planının icra edilməsindən sonra isə türklər onlarla birlikdə yaşaya bilməyəcəklərini başa düşdülər. Yəni adanın bugünkü siyasi mənzərəsinin əsasını məhz yunan tərəfi qoyub.
Yunanlar tərəfindən qaldırımış “Enozis” pankartı
Türkiyənin adaya müdaxiləsi məhz türk əhaliyə qarşı soyqırımlar fonunda baş verdi. Şimali Kipr Türk Cümhuriyyətinin qurulması isə məhz “Enozis” planına müqavimətin nəticəsi idi. Yəni ümumiləşdirsək, türklərin qurduğu dövlət heç bir halda separatçı sayıla bilməz. Türklər “xalqların öz müqəddaratını təyinetmə” hüququndan istifadə edərək yeni dövlət qurublar.
Əslində, adanın birləşməsi yönündə bir neçə dəfə türk və yunan tərəfi arasında danışıqlar olub. Lakin yunan tərəfinin postenoziz düşüncəsi bu danışıqları da nəticəsiz edib.
O ki qaldı Erhan Arıklının təklifinə, indiki məqamda bu, mümkün deyil:
Birincisi, belə bir birləşmə qərarı işğalçı fəaliyyət kimi qiymətləndiriləcək. Çünki həm Kipr Respublikasının, həm də Türkiyə Cümhuriyyətinin ərazisi beynəlxalq hüquqla qəbul edilib. Adanın şimalının Türkiyəyə birləşməsi açıq şəkildə Kiprin ərazi bütövlüyünün pozulmasıdır.
İkincisi, Kipr Respublikası Aİ üzvüdür. Türkiyənin isə ittifaqa üzvlüyü prosesi davam edir. Belə bir təşəbbüs Türkiyənin Aİ üzvlüyünün dayandırılmasına və NATO üzvlüyünün sual altına düşməsinə səbəb olacaq.
Üçüncüsü, Erhan Arıklının təklifi böyük ehtimalla subyektivdir. Yəni heç də bütün Şimali Kipr siyasi elitası onunla eyni düşüncədə olmaya bilər. Bundan başqa, belə bir birləşməni rəsmi Ankara da qəbul etməyəcək.
Erhan Arıklının qeyd olunan birləşməni Naxçıvan modeli ilə arqumentləşdirməsinə gəldikdə isə bu, doğru yanaşma deyil. Düzdür, Naxçıvanda da bir zamanlar Araz Türk Cümhuriyyəti qurulub. Lakin həm bu təşəbbüs, həm də sonrakı muxtar respublika təşəbbüsü sırf erməni işğalına qarşı ərazinin qorunması məqsədilə edilib. Müqayisə üçün deyim ki, bu gün Kiprin şimalında türk varlığına təhdid yaradacaq təşəbbüs yoxdur. Bəli, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyi tanınmır, lakin hər hansı işğalçılığa da məruz qalmır.
Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması indiki məqamda daha realdır. Məsələ onsuz da TDT gündəmindədir. Rəsmi Bakı da əvvəlki illərə nisbətdə buna isti baxır. Yaxın 5 il ərzində bu dövlətin müstəqilliyi türk dövlətləri tərəfindən tanına bilər. Sadəcə, təmkinli, ağıllı və strateji addımlar atılmalı, Bakı və Ankara ilə təmaslar daha intensivləşdirilməlidir.
Turan Rzayev
MİA.AZ
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib