Bilgəhdə dənizdə boğulan 17 yaşlı oğlanın meyiti tapılıb

img

16-07-2024 [11:29]


Bakıda iki gün əvvəl dənizdə batan oğlanın meyiti tapılıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR