TRAMPA SUİ-QƏSDİN GÖRÜNMƏYƏN TƏRƏFİ: "Əgər "Dərin dövlət" onu öldürmək istəsəydi..." - TƏHLİL
15-07-2024 [15:04]
ABŞ prezidenliyinə namizəd, eks-prezident Donald Trampa sui-qəsd təşkil edildi. Tramp yüngül xəsarət alsa da, atəş açmaqda şübhəli bilinən şəxs hadisə zamanı öldürülüb.
Geriyə bir sual qalır: Trampı kim və ya kimlər öldürmək istəyib?
Əvvəlcə onu deyim ki, ABŞ tarixində siyasi motivli sui-qəsdlər kifayət qədər çoxdur. Bu günə qədər 13 ABŞ prezidenti sui-qəsd cəhdindən xilas olub, lakin ölkənin 46 liderindən 4-ü öldürülüb. Bundan başqa, şantajlar, təhdidlər, qarayaxma kampaniyaları da ABŞ siyasi sistemi üçün xarakterik əlamətlərdir. Bir çox hallarda isə bu kimi insidentlər ciddi araşdırılmır və ört-basdır edilir. Tramp olayı da böyük ehtimalla belə olacaq.
D.Tramp sui-qəsdi ilə bağlı ilkin iki versiya irəli sürmək olar:
Birincisi, sui-qəsdi ABŞ dərin dövləti təşkil edib. Bu versiya kifayət qədər inandırıcıdır. Belə ki, ABŞ tarixində sui-qəsdlə həyatını itirən 4 prezidentin (Avraam Linkoln, Ceyms Abram Qarfild, Vilyam Mak-Kinli və Con Kennedi) bir otaq cəhəti var. Bu 4 şəxs ABŞ-da ya köklü dəyişiklik etməyə, ya da dərin dövlətin planlarını pozmağa çalışıb.
Misal üçün Avraam Linkoln ABŞ-da quldarlığı bitirməyə çalışırdı və bunu ölkəni vətəndaş müharibəsinə səbəb olması bahasına etdi. A.Linkoln müharibədə qələbə qazandı, lakin hədəfinə tam nail olmadan öldürüldü. Con Kennedi isə Vyetnam müharibəsini bitirmək istəyirdi. Bu günə qədər də onun sui-qəsd səbəbinin məhz bu olduğu deyilir.
Düzdür, adıçəkilən şəxslər öldürüləndən sonra onların istədiyi şeylər yenə də oldu. Lakin burada əsas məsələ ABŞ-da fərdlərin deyil, sistemin nə istədiyidir. Dərin dövlət yeniliyə açıq deyil, amma ona müqavimət göstərilməyəcəyini anladıqda onu qəbul edir. Yəni bir dəyişiklik olacaqsa, onu ABŞ prezidentləri yox, sistem etməlidir.
Trampa gəldikdə isə heç şübhəsiz, o, ABŞ siyasi sitemini köklü şəkildə dəyişmək istəyən bir şəxsdir. Özü də o bunu çəkinmədən etiraf edir. Tramp Baydendən fərqli olaraq qlobalist deyil, milli dövlət tərəfdarıdır. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və bir sıra digər ABŞ-ın rəqibi, hətta düşməni olaraq gördüyü dövlət başçıları ilə onun yaxşı əlaqələri var. Tramp sələflərindən fərqli olaraq dərin dövlətin hansısa qərarına qarşı çıxmır, bütövlükdə ABŞ sistemini dəyişdirib dərin dövləti aradan qaldırmaq istəyir. Görünür, bu da onu hədəfə gətirib.
İkincisi versiya: Sui-qəsdi heç kəs sifariş verməyib, Tramp özü təşkil edib. Əslində, bu versiya da inandırıcıdır. Məsələ ondadır ki, Trampı öldürən şəxs Pensilvaniya ştatından 20 yaşlı gənc Metyu Kruksdur. O, hadisə yerindəcə öldürülüb. Mümkündür ki, Tramp gənc Metyu Kruksu pul ilə ələ alıb və həbsdən qısa zamanda çıxacağı vədinə inandırıb. Hadisə əsnasında onu öldürərək isə izləri aradan qaldırıb.
Trampın özünə sui-qəsd təşkil etməsi versiyasını inandırıcı edən bir digər məsələ də hadisədən sonra olaydan seçki kampaniyasında geniş şəkildə istifadə edilməsidir. Onsuz da hazırkı prezident Cozef Baydenin reytinqdə üstələyən Tramp son olayla prestijini daha da artırdı.
Hər iki versiya inandırıcı olsa da, boşluqlar var. Ən böyük boşluq sui-qəsdin icraçısı 20 yaşlı gənc Metyu Kruks faktorudur. Trampa sui-qəsdi dərin dövlət təşkil edibsə, bunu niyə gənc, təcrübəsiz birinin əli ilə etsin? Aydın məsələdir ki, bu iş üçün kifayət qədər peşəkar killer tapmaq olardı. Və ya əgər Tramp özünə sui-qəsd təşkil edib şou yaratmaq istəyirdisə, bunu 20 yaşlı gəncə etibar edərdimi?
Trampa dərin dövlətin sui-qəsd törətməsi daha inandırıcı görünür. Belə ki, "Dərin dövlət" Trampı öldürmək istəsəydi, bunu rahatlıqla edərdi. Prezidentlərin belə öldüyü ABŞ-da namizədin ölməsi o qədər də çətin olmamalıdır. Görünür, dərin dövlət Trampa sadəcə xəbərdarlıq edib. Mesaj isə açıqdır: növbəti dəfə güllə Trampın qulağına yox, başını dəyə bilər. Bunu isə 20 yaşlı gənc Metyu Kruks deyil, peşəkar sui-qəsdçi edə bilər. Trampın bunu nə qədər ciddiyə alacağını isə zaman göstərəcək.
Turan Rzayev
MİA.AZ
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir