Ceyhun Bayramov ABŞ- səfərinin görünən və görünməyən tərəfləri... - TƏHLİL
09-07-2024 [16:15]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-da işgüzar səfərdədir.
XİN başçısı səfər çərçivəsində NATO Zirvəsində iştirak edəcək, habelə bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlər keçirəcək.
Rəsmi Bakının sammitdə iştirak etməsi gözlənilirdi. Azərbaycan NATO ölkəsi olmasa da, Alyans ilə münasibətləri hər zaman yaxşı olub. Xüsusilə qeyd etmək lazımdır ki, rəsmi Bakı NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının üzvüdür. Bundan başqa, Bakı uzun illərdir ordusunu NATO standartlarında tərtib edir. NATO üzvü olan Türkiyənin Azərbaycanın rəsmi səviyyədə tanınan tək müttəfiqi olması da ölkəmiz ilə NATO arasında xüsusi bağ yaradır.
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Azərbaycana səfər edərkən jurnalistlər üçün keçirdiyi brifinqdə Azərbaycanı NATO sammitinə dəvət etmişdi. C. Bayramovun ABŞ-a işgüzar səfəri görünür, həm də bu təklif ilə əlaqədardır.
Ümumiyyətlə Bakının sammitə qatılması indiki məqamda çox vacibdir. Düzdür, ölkəmiz NATO tədbirlərində, sammitlərində hər zaman iştirak edib, dəvəti geri çevirməyib. Lakin budəfəki sammitlə bağlı fərqli versiyalar vardı.
Belə ki, Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşdə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması Bakın balans siyasətindən imtina edib Şərq Blokuna qoşulduğuna dair təəssüratlar yaratmışdı. Lakin Bakının NATO sammitinə qatılması bir daha onu göstərir ki, balans siyasətində dəyişiklik yoxdur və Azərbaycan hər iki qütbə eyni cür yanaşır.
Ümumiyyətlə, Azərbaycanın ABŞ və NATO ilə və ya Rusiya və Çin ilə strateji əməkdaşlığı kiməsə qarşı yönəlməyib. Əksinə Ceyhun Bayramov NATO sammitində iştirak etməsə idi, bu, bizim prestijimizə zərər vurar, Pekin və Moskvadan çəkindiyimiz təəssüatını yaradardı. Lakin bu da bir reallıqdır ki, gələcəkdə bloklardan birinin daha aqressiv siyasi xətt tutması halında Bakı digərindən istifadə edə bilər.
Rəsmi Bakı bütün bloklara eyni cür mövqe sərgiləyir, neytrallığını qoruyur. Bunu həm Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, həm də Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməsi göstərir. Azərbaycan həm də bu güclərə zəif persona olmadığını da göstərir. Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük qeyri-rəsmi sammiti də bunu sübut edir.
Turan Rzayev
MİA.AZ
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib
Sabah hava necə olacaq? - Proqnoz
"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min?" - Sabiq icra başçısı
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir