Yasamal polisi "mavilər"in qarşısında aciz qaldı - FOTO

img

04-07-2014 [16:13]


Yasamal rayonu 3168-ci məhəllə, Moskva prospekti 73A binasının sakinlərinin şikayətindən sonra polis cinsi azlıqları həmin ərazidən yığışdırsa da, bu ünvana cinsi azlıqlar yenidən gəliblər.


Bu barədə Bizimyol.info-nun əməkdaşına sakinlər məlumat veriblər. 

Reportyor əraziyə yollanarkən şahidi olub ki, cinsi azlıqlar polisin gözü qarşısında Alatava qəsəbəsi istiqamətindən başlayaraq metronun "20 Yanvar” stansiyası istiqamətinə qədər toplaşaraq pulla cinsi əlaqə təklif edirlər. Təkliflərini də ərazidə gerçəkləşdirirlər.

Sakinlər bildirdilər ki, ictimai əxlaqsızlıqdan gecələr yaşadıqları ərazidə hərəkət edə bilmədiklərindən bu dəfə Prezident Administrasiyasına gedərək şikayət edəcəklər. Qeyd edək ki, sakinlər bir müddət öncə Prezident Administrasiyasına və Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edərək, tabeliklərində olan polis orqanlarına ərazini daimi nəzərətdə saxlaması üçün tapşırıq verilməsini istəmişdilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA