Daha bir partiya namizədlərini təsdiqlədi - Sərdar Cəlaloğlu isə doğma yurduna üz tutdu (SİYAHI)
05-07-2024 [12:45]
"Bu, mənim seçki prosesində sonuncu iştirakımdır. Bundan sonra seçkiyə qatılmayacağam".
Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
O, bu günə kimi dəfələrlə seçki prosesində iştirak etdiyini xatırladıb: "Namizədliyimi müxtəlif dairələrdən irəli sürmüşəm. İndi isə istəyirəm ki, Naxçıvanın problemlərini, onların dərd-sərini öyrənim, həm də belə hesab edirəm ki, mümkün qədər Naxçıvana daha çox diqqət ayırmalıyıq. Məzahir Pənahov da dedi ki, Naxçıvandakı seçki dairələrinə çox diqqət ayırmaq lazımdır. Naxçıvan önəmli seçki dairəsidir. Ona görə də seçkiyə oradan qatılıram".
Sərdar Cəlaloğlu seçkidə qələbə qazanacağına ümid etdiyini vurğulayıb: "Mənə səs verəcəklər. Biz seçkiyə gedirik, dövlət çevirilişi etmirik ki. Seçkinin nəticələri məni o qədər də maraqlandırmır".
"Artıq iki partiya sədri, yəni sizdən əvvəl də REAL Partiyasının sədri İlqar Məmmədov da sonuncu dəfə seçkidə iştirak edəcəyini açıqlayıb. Bunu necə başa düşək" sualına Sərdar Cəlaloğlunun cavabı belə olub: "Əslində, mən bu seçkidə də iştirak etmək fikrim yox idi. Sadəcə, düşündüm ki, bu seçkiyə qatılmasam, partiya üzvlərində ümidsizlik yaranacaq. Ona görə düşündüm ki, seçkiyə qatılım".
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb.
Mia.az-ın məlumatına görə, partiya bu seçkidə 16 namizədlə iştirak edəcək. Namizədlər aşağıdakılardır:
3 saylı Babək-Şahbuz-Kəngərli - Sərdar Cəlaloğlu
7 saylı Səbail - Sadiq Həsənov
9 saylı Binəqədi ikinci - Taliyət Əliyev
17 saylı Yasamal üçüncü - Nazilə Soltanova
24 saylı Nizami birinci - Nurəddin İsmayılov
25 saylı Nizami ikinci - Vüqar Məmmədov
27 saylı Sabunçu ikinci - Kamran Nəsirli
33 saylı Xətai birinci - Xaliddin Cangirov
34 saylı Xətai ikinci - Zakir Hüseynov
73 saylı Masallı-Cəlilabad - Daşqın Nuriyev
77 saylı Lənkəran şəhər - Azad Hüseynov
78 saylı Lənkəran kənd - Murad Kərimov
79 saylı Astara - İlqar Qənbərov
90 saylı Ağsu - Süleyman Məmmədov
95 saylı Zərdab-Kürdəmir-Ucar - Cəbrayıl Dünyamalıyev
111 saylı Zaqatala-Balakən - Mübariz İsmayılov.
MİA.AZ
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman