"Gilan-Holding"a basqın oldu, kassa aparıldı

img

04-07-2014 [13:39]


Bakıda məşhur şirkətə basqın olub. "Gilan-Aqro” MMC-nin ofisindən içərisində külli miqdarda pul olan seyf aparılıb. 

Mia.az milli.az-a istinadən xəbər verir ki, cinayət ötən gecə saat 04 radələrində Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən Boks Federasiyasının binasında törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, iki naməlum şəxs federasiyanın inzibati binasının ikinci mərtəbəsində yerləşən "Gilan-Aqro” şirkətinin mühafizəçisinə hücum edib. Mühafizəçi İntiqam Axundovu yaralayaraq əl-qolunu bağlayıblar. Sonra isə şirkətin mühasibatlıq otağına keçərək oradan içərisində 60000 manat, 4 000 dollar olan seyfi aparıblar. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə iş başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA