Naxçıvan Ali Məclisində yoxlama aparılıb, nöqsanlar üzə çxıb - DETALLAR (YENİLƏNİB)
05-07-2024 [10:01]
Hesablama Palatası 2024-cü il üzrə İş planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası AIi Məclisinin 2023-cü il üzrə dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparıb.
Mia.az Palataya istinadlan xəbər verir ki, ötən il üçün Ali Məclis üzrə 6,3 milyon manat proqnozlaşdırılıb, 4,3 milyon manat xərc icra edilib.
Audit zamanı müəyyən edilib ki, Ali Məclisin saxlanılması üçün ayrılmış vəsaitlərdən smetası rəsmiləşdirilməyən tədbirlərə, funksional fəaliyyətlə birbaşa əlaqəsi olmayan və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait xərc olunub, Ali Məclisin əməkdaşlarına artıq və qanunvericiliyin tələblərinə uyğun olmayan 79,2 min manat əmək haqqı, əlavə və mükafatlar ödənilmiş və buna uyğun sığorta haqqı xərcləri hesablanıb, Muxtar Respublikanın Konstitusiyasının 19-cu maddəsinin 4-cü bəndinin tələbləri gözlənilmədən ödənişli fəaliyyətlə məşğul olduqları halda 35 deputatın statusu saxlanılıb və həmin şəxslərə 2023-cü ildə hesablanmış əmək haqqı xərcləri 312,2 min manat təşkil edib, Ali Məclisin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyib, ümumillikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilib, Ali Məclisin aparatı üzrə satınalma prosedurları həyata keçirilmədən, tələbatı əsaslandırılmayan və müvafiq qaydada rəsmiləşdirilməyən, tarixi, mədəniyyəti təcəssüm etdirməyən və xatirə xarakteri daşımayan hədiyyələrin və s. alınmasına 5,2 min manat vəsait birbaşa xərc edilib, təşkilatın xəzinə hesabından əlavə Naxçıvanın İnkişafı və Müdafiə Fonduna məxsus 31,5 milyon manat vəsait bank hesabında qalıq olaraq saxlanıllb.
Hesablama Palatasının Kollegiyası əsassız xərclənmiş vəsaitlərin büdcəyə bərpası, xərclərin düzgün rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə, eləcə də dövlət əmlakının təyinatına uyğun istifadəsi üzərində nəzarətin gücləndirilməsi barədə qərar verib.
***
4 iyulda Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Mia.az Palataya istinadən xəbər verir ki, iclasda “Milli Məclis tərəfindən dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğunun auditinin nəticələrinə dair Auditor hesabatı” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi və tabeli qurumu tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilərək təsdiqlənib.
İclasda Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən dövlət vəsaitinin istifadəsinin və idarə olunmasının auditinə, İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirlərinin və xərclərinin icrasının auditinə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən (seçmə qaydada) dövlət vəsaitinin və digər dövlət əmlakının, istifadəsinin və idarə edilməsinin auditinə dair kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramlarının təsdiq edilməsi barədə qərarlar qəbul edilib.
Eyni zamanda, kollegiya iclasında Hesablama Palatasında keyfiyyətin idarəedilməsi siyasətinin yeni İSSAİ 140-a uyğunlaşdırılması (SoAQM layihəsi çərçivəsində) qərara alınıb.
İclasda Çexiyanın paytaxtı Praqada keçirilən “İqlim Skaneri üzrə EUROSAİ regional təlimi” mövzusunda iştirakla bağlı Hesabat müzakirə edilib. Qiymətləndirmə alətinin əsas aspektləri barədə məlumat verən məruzəçi bildirib ki, alət üzrə aparılacaq qiymətləndirmə nəticələri bütün ölkələr üzrə ümumiləşdirilərək Bakıda keçiriləcək COP-29 tədbirində açıqlanacaq.
Sonda Hesablama Palatasının 2024-cü ilin İş Planında əks olunmuş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin icra vəziyyəti müzakirə edilib, sədr tərəfindən İş Planına təkliflərin təqdim edilməsi üçün auditorlara tapşırıqlar verilib.
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN