Nəsimi rayonunda Azərbaycan Polisinin yaranmasının 106 illiyi münasibətilə tədbir keçirilib - FOTOLAR (Yenilənib)
02-07-2024 [16:06]
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Mia.az xəbər verir ki, polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə əhəmiyyətli rol oynayıb. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər tarixə ən mühüm mərhələ kimi həkk olub.
2 iyul - Polis Günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon Polis İdarəsinin şəxsi heyəti Ulu Öndərin abidəsini ziyarət ediblər. Abidənin önünə çiçək dəstələri düzüblər.
***
İyulun 2-də Azərbaycan Polisi yaranmasının 106-cü ildönümünü qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Mia.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində böyük vətənpərvərliklə əhəmiyyətli rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olub.
Bu münasibətlə Nəsimi rayonunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon Polis İdarəsinin rəisi, Polis Polkovniki Vüqar Ağayev tədbir iştirakçılarını 2 iyul – Azərbaycan Polisi günü münasibətilə təbrik edərək polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı və müstəqillik illərində Azərbaycan Polisinin o cümlədən, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının fəaliyyəti barədə geniş məlumat verdi.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çıxışında tədbir iştirakçılarını Azərbaycan Polisi günü münasibətilə təbrik edərək Azərbaycan Polisinin keçdiyi şanlı tarixi yoldan geniş söhbət açdı. Bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla İyulun 2-si Azərbaycan Polisi günü elan olunub.
Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmizin inkişafı yeni mərhələyə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb.
RİH başçısı çıxışına davam edərək bildirdi ki, Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.
“Birinci Qarabağ müharibəsində olduğu kimi,Vətən müharibəsində də polis əməkdaşları fədakarlıq göstərib, Vətəni müdafiə edib.
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyəti doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallara, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
Daha sonra çıxış edənlər- rayon prokuroru Həsən Hənifəyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi Pərvin Əsədov, Rayon Məhkəməsinin sədri İlqar Qaralov, Rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov polis orqanları əməkdaşlarının ictimai asayişin qorunması, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin müdafiəsi istiqamətində çox vacib funksiyaları müvəffəqiyyətlə yerinə yetirdiyini və bu istiqamətdə fəaliyyətini genişləndirdiyini bildirdilər, hər zaman Daxili İşlər Orqanları əməkdaşlarının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdilər.
Tədbirin sonunda bir qrup polis əməkdaşlarına rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olundu.
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub