100 yaşlı Kükü məktəbinin 90 yaşlı müəllimi... - Hacı Mirnəqim Seyidovla MÜSAHİBƏ
01-07-2024 [00:02]
2023-24-cü tədris ili Naxçıvan Muxtar Respublikasının təhsil ictimaiyyəti üçün olduqca mühüm hadisələrlə yadda qaldı. May ayı Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin 20 illik yubileyinin ardından Şahbuz rayon Kükü kənd tam orta məktəbinin də 100 illik yubileynin böyük bayram coşqusu ilə keçirilməsi bütün Naxçıvan ziyalılarının ürəyincə olmuşdur.
1 aprel 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin əmri ilə bu yubiley tədbirlərinin keçirilməsi müəllimlərimizin əməyinin stimullaşdırılması və şagirdlərin daha səylə çalışması baxımından olduqca mühüm tədbirlərdəndir.
8 iyun 2024-cü il tarixi Kükü kəndi, onun ziyalıları və ümumilkdə Şahbuz rayonu üçün ən azı daha bir yüz il boyunca unuda bilməyəcəkləri əlamətdar gün oldu. Həmin gün demək olar ki, ölkəmizin hər yerində yaşayan bütün kükülü ziyalılar məktəbimizin 100 illik yubileyi üçün bir araya gələ bilməyin xoşbəxtliyini yaşadılar. Yubiley mərasimində kəndin ziyalı ağsaqqaları, məktəbin yetirmələri olan müxtəlif ixtisas sahibi insanlar, məktəbdə hazırda fəaliyyət göstərən pedaqoji kollektiv, şagirdlər, valideyinlər və qonaqlar iştirak etdilər, rəsmi şəxslərin təbriklərini dinlədilər. Müəllmlərinin əməyinin dövlət tərəfindən yüksək qiymətləndirildiyi bu yubiley tədbirində səslənən fikirlər Şahbuzun bu ucqar dağ kəndinin tarixi keçmişi, onun bugünkü inkişafı və burada elmə, təhsilə verilən qiymət haqqında yeni fiikrlər də formalaşdırdı.
Odur ki, bu yubiley tədbirində iştirak etmək üçün dəvəti qəbul edib gələn bütün qocaman pedaqoqların, xüsusən, bu məktəbdə 24 ili direktor işləmiş 90 yaşlı Hacı Mirnəqim Seyidovun fikirləri bizim üçün olduqca dəyərli olardı! Bu məqsədlə də qocaman müəllimi evində ziyarət edib, onun da xatirələrini bizimlə bölüşməyi xahiş etdik:
- Hacı, ilk öncə, yubiley münasibətilə sizi təbrik edirəm. Sizinlə bu gözəl günlər ərəfəsində görüşmək olduqca xoşdur. İnanırıq ki, siz də bu gözəl tədbiri böyük həyəcanla gözləyirdiniz.
- Bilirsiniz, mənim 90 yaşım var və bir çox əlamətdar tarixi hadisələrin şahidi olmuşam. Ancaq yarım əsrə yaxın pedaqoji təcrübəsi olan bir müəllim kimi çalışdığım məktəbin yubileyi mənim üçün ən dəyərli hadisədir. Hər yay fəslində kəndimizin gözəl təbiəti, sərin havası və təmiz suyu məni öz doğma torpağıma çəkir və gəlib burada istirahət edirəm. Ancaq yubiley tədbiri üçün dəvət aldığımda burada mütləq iştirak etmək, yenidən bir zamanlar bərabər çalışdığımız müəllim yoldaşlarımı, bu gözəl kollektivi və bütün Kükü ziyalılarını bir arada görmək istədim. Bu, şübhəsiz mənim üçün də ən gözəl ziyalı bayramlarından biridir.
- Mirnəqim müəllim, uzun müddət məktəbimizlə bağlı olmusunuz. Kükü kənd orta məktəbinin 100 illik yubileyi barədə nə deyə bilərsiz?
- Yüz illik tarix Kükü kənd məktəbi üçün olduqca diqqətçəkən bir hadisədir. Bu tarixin yubiley kimi qeyd olunması da çox təqdirəlayiqdir və bir ağsaqqal kimi belə bir tədbirin keçirilməsi qərarını da alqışlayıram. Doğurdan da Kükü kənd məktəbi keçdiyi inkişaf yolu və yetirmələrinin uğurları ilə bu yubileyə layiq məktəblərimizdən biridir. Kükü məktəbi 1923-24-cü tədris ilində açılıb və artıq müharibəyə qədər yeddilik məktəb, müharibə qurtaranda isə 8 illik məktəb idi. Mənim məzun olduğum 1951-1952 illərdə Kükü kənd orta məktəbini 18 nəfər şagird bitirirdi və maraqlı faktdır ki, sinif yoldaşlarımın yarısı qonşu kəndlərdən gəlib oxuyan uşaqlar idi. Ümumiyyətlə, xatırlayıram ki, o zamanlar Kükü məktəbində hətta Ermənistandan, bizimlə qonşu, həmsərhəd olan Dərələyz mahalının kəndlərindən də gənclər gəlib oxuyurdular. Bu bəlkə də hələ o zamanlar qonşu respublikada soydaşlarımıza qarşı törədilən repressiv münasibətin nəticəsində idi. O zamanlar da uşaqlar yaxşı oxuyurdular və mənim sinif yodaşlarımdan 6 nəfər kükülü gənc ali məktəbələrə daxil oldu. O vaxt bizə dərs deyən müəllimlərdən Xudayar Quliyevi, Abbas Cabbarovu, Adil Seyidovu, Məmmədhüseyn Hüseynovu, Mirabdulla Seyidovu, Allahqulu Quliyevi, Əbdüləli Nəbiyevi rəhmətlə xatırlayıram. O dövrlər Nursu, Kənd Şahbuz və Naxçıvan məktəblərindən də müəllimlər gəlib bizim imtahanları götürürdülər. Uşaqlar 8 fəndən imtahan verirdilər. Biz oxuyan vaxtlar məktəb kəndin mərkəzində yerləşirdi və buradakı sinif otaqlarının bir neçəsi bir zamanlar kəndin tanınmış adamlarından olmuş Əlimərdan bəyin evinin otaqlarında yerləşirdi. Həmin otaqlar son dövrlərə qədər qalırdı.
1970-80-ci illərdə ölkədə gedən inkişaf prosesləri məktəb həyatında da özünü göstərirdi. O dövrdə uşaqların sayı çox idi. Xatırlayıram ki, hələ 1969-70-ci tədris ilində mən ilk dəfə kəndimizdə pedaqoji fəaliyyətə başladığım illərdə məktəbimizdə 504 nəfər şagird təhsil alırdı. Buna qədər isə mən 2 il rayonun Mahmudoba məktəbində müəlllim, 11 il isə kəndmizdən 8 kilometr aralı Güney Qışlaq kəndindəki məktəbdə dərs hissə müdiri işləmişəm. Güney Qışlaq kəndi ucqarda olduğu üçün çox vaxt bu kəndə piyada gedib-gələrdim. Elə sənin atan rəhmətlik Xeybər müəllim də o vaxtlar Badamlı kəndindəki məktəbə çox vaxt dağ yolları ilə piyada gedib-gələrdi. O zamanlar, ümumiyyətlə, nəqliyyat sarıdan gediş-gəliş çətin idi. Amma buna baxmayaraq təhsilə olan ciddi münasibət özünü göstərirdi. Kükü məktəbinin bitirən məzunlar təkcə Azərbaycanın deyil, keçmiş SSRİ-nin mərkəzi şəhərlərində də ali təhsil alırdılar.
- Hacı, məktəbimiz, eləcə kəndimiz haqqında uzaq 70-80-ci illərin söhbətləri dinləmək, bunları yaza bilmək olduqca xoşdur. Yəqin ki, sizin direktor olduğunuz illərdən də bölüşəcəyiniz xatirələr vardır.
- Mənim məktəbə rəhbərliym 1988-2011-ci illəri əhatə edir. Tarixdən də gördüyünüz kimi bu dövrün ilk illəri sovet dövlətinin dağılması və müstəqil ölkəmizin ən çətin dövrlərinə təsadüf edir. Xüsusən, Naxçıvanın düşmən blokadasına düşməsi ilə ilk illərdə enerji, istilik, nəqliyyat olmaması ucbatından tədrisin təşkilində də ciddi əziyyətlər çəkirdik. Öz imkanlarımız hesabına problemləri həll edir, tədrisin dayanmaması üçün müxtəlif vasitələrdən istifadə edirdik. Qışda istilik olmadığından kəndin mərkəzindəki köhnə məktəb binasına köçür, odun yandırır, pəncərələrə politelien örtük vurmalı olurduq. 90-cı illərdə Ulu Öndər Naxçıvana rəhbərlik etməyə başlayandan sonra ümumi vəziyyət yavaş-yavaş düzəlməyə başladı. Başqa sözlə, o çətin dövrlərdə məktəbi saxlamaq, uşaqları oxumağa həvəsləndirmək çox çətin idi. İndiki rahat şəraitdə, texnologiyanın geniş yayıldığı dövrdə işləmək çox asandır.
Mənim direktor işlədiym dövrdə məktəbdə 61 nəfər müəllim fəaliyyət göstərir, 350-dən artıq şagird oxuyurdu. Məndən əvvəl məktəbdə direktor olmuş rəhmətlik Əfsər İbrahimovdan çox yaxşı adət-ənənə miras qalmışdı. Məktəbdə hər kəsin bir-birinə böyük hörməti, şagirdlərə qayğı, tədrisin təşkilində ciddi intizam vardı. Mənim direktor olduğum illərdə də bu, davam etdirildi. Siniflərin əksəriyyəti “A” və “B” qrupları idi. Bu yubiley tədbirində də məktəbin tarixinə dair faktlar səsləndi. Ancaq onu da deyim ki, bizim dövrdə məktəbin foyesində belə maraqlı tarixi faktlarla dolu stendlər, qocaman müəllimlər, direktorlar haqqında yazılar, fotoşəkillər qoyulmuşdu. Bizim məktəbdə tanınmış, işinin sahibi olan çoxlu pedaqoqlar işləyib. Onun üçün də keçmişi bilmək, ona hörmət etmək lazımdır. Bax, yubiley tədbirində adı çəkilən ölkə birincisi olmuş həmin Aygül Salahlı mənim direktor olduğum dövrdə məktəbimizin yetirməsidir. Bundan əlavə, o dövrdə iki nəfər də qızıl medala layiq görülmüş məzunumuz var idi.
Ayrıca olaraq, indi yubiley münasibətilə yüksək dövlət mükafatları, fəxri adlar almış müəllmlər də mənim direktor işlədiyim dövrdə pedaqoji fəaliyyətə başlayan gənclər olublar. Hər birinə can sağlığı və daha böyük uğurlar arzu edirəm. Kükü məktəbinin daha neçə-neçə yetirməsinin səs-sədası ölkəmizin paytaxtından, hətta xaricdən gəlir. Bu yubiley tədbirində də iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru olmuş professor Qasım Hüseynov kimi məktəbimizin fəxrləri vardır.
Bizim işlədiyimiz dövrdə indiki kimi uşaqlar özəl hazırlıqlara getməzdilər. Şagirdlərin dərsdən kənar çalışması üçün fənn müəllimlərinə əlavə olaraq 2 saat dərs verilirdi. 90-cı illər çətin keçsə də tədrisdə ilk yeniliklər dövrü idi. O zamanlar məktəbə ilk komputerlər hələ 1989-cu ildə gətirilmişdi. Cəmi 3 ədəd idi. Primitiv olsalar da uşaqlar texnologiyanı öyrənirdilər. İlk dövrlər komputerləri riyaziyyat müəllimlərinə həvalə etmişdik. Vacib elanlar və müxtəlif məsələlər isə məktəbdəki radio qovşağı vasitəsilə şagird və müəllimlərə çatdırılırdı. Rəhmətlik Yelmar Bağırov da bu qovşağın işinə nəzarət edirdi. Həmin vaxt, indi nə qədər təəccüblü görünsə də bizim məktəbdə yaxşı oxuyan şagirdrlərə təqaüd də verilirdi. Məktəbə məxsus ərazidə şagird briqadasının əkib becərdiyi tərəvəz məhsullarından əldə olunan gəlirlərdən yaxşı oxuyan şagirdlərin hər birinə rüb ərzində verilən 100 manat məbləğindəki təqaüd uşaqları həvəsləndirmək baxımından çox effektiv idi. Artıq üzərindən illər keçəsə də məktəbimizin yaxşı oxuyan nümunəvi şagirdlərini, elə dəcəl uşaqları da bugünkü kimi xarırlayıram.
- Mirnəqim müəllim, uzun illər təhsil sahəsində əməyiniz olub. Hansı mükafatlarınız vardır?
- Təhsildə əməyimiz həmişə yüksək qiymətlənirilirdi. Xüsusən, Kükü məktəbinin nailiyyətləri indi olduğu kimi o zaman da yüksək olduğundan bu, həmişə diqqətdə saxlanılırdı. İşlədiyim dövrdə mən 4 dəfə Bakıda müəllimlər qurultayının iştirakçısı olmuşam. Ulu Öndərin hələ respublikaya rəhbərliyinin ilk dövründə Şahbuz rayonunda keçirdiyi müşavirədəki iştirakımı xüsusilə, qeyd etməliyəm. 1990-cı illərin əvvəllərində isə Yeni Azərbaycan Partiyasının Şahbuzda keçirilən konfransında da iştirakımı xüsusilə xatırlayıram. Hələ sovet dövründə əməyim “Şərəf nişanı” ordeni, SSRİ Təhsil Nazirliyinin Fəxri fərmanı ilə mükafatlandırılıb və Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmişəm. 2007-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmuşam. O dövrlər yaxşı oxuyan şagirdlər də həvəsləndirilir, keçmiş İttifaqın şəhərlərinə göndərilirdi.
Misal üçün elə məktəbin şagirdlərindən Famil Seyidov Leninqrada, indiki Sankt Peterburqa turizm səfərinə göndərilmişdi. İşlədiyim dövrdə məktəbimiz haqqında 4 kitabda və 130-a yaxın müxtəlif qəzet və jurnallarda yazılar getmişdir. Bütün bunları, ümumilikdə, yubliyar Kükü kənd məktəbinin uğurlarının bir hissəsi kimi fəxrlə xatırlayıram.
Bir daha vurğulayıram ki, Kükü məktəbinin 100 illik yubileyinin iştirakçısı olmaq hamı kimi mənim üçün də olduqca tarixi hadisə kimi əlamətdardır. Mətbuatdan eşitdiyimə görə yubiley tədbirindən öncə də məktəbə tanınmış qonaqlar gəlib, şagirdlərlə görüşüblər. Bu, şübhəsiz məktəbimzin ölkə səviyyəsində də tanıdılması üçün mühüm bir hadisədir. Mən isə bu tarixi günlərdə ikiqat sevinirəm. 100 yaşlı məktəbin 90 yaşlı müəllimi kimi bütün Kükü ziyalılarını heç olmasa, bir arada görə bilmək həyatımın ən yaddaqalan anlarından biri oldu. Artıq bundan sonra təqaüddə olanlara can sağlığı, gənclərə daha böyük uğurlar arzulayıram. Uca Rəbbim sizlərə kömək olsun!
- Hacı, məktəbimizlə bağlı bizi yüz il geriyə qaytaran xatirələrinizi qələmə almaqla mən də sizin bir şagirdiniz kimi özümü çox xoşbəxt hiss edirəm. Allah sizə ömür versin! Yüz iliniz mübarək!
Əli Cabbarov
MİA.AZ
Macarıstan XİN başçısı Ermənistana səfər edəcək
Paşinyan Fransanın yeni Baş nazirini Ermənistana dəvət edib
Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib
Mehriban Əliyevadan Orxan Aslanovla bağlı paylaşım: "Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!"
Paris-2024: Lamiyə Vəliyeva daha bir medal qazandı, Raman Saley isə finala çıxdı (Yenilənib)
“Abzas Media” işi: saxlanılan jurnalistlərin barəsində həbs müddəti uzadıldı (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
MƏKTƏB DİREKTORU NAZİRƏ AÇIQ MÜRACİƏT YAZDI: "Məni qəbul edin..." - Prezident təqaüdçüsü haqsızlıqla üzləşib
Azərbaycan neftinin qiyməti 76 dollara düşdü
Zakir Həsənovla Hikmət Mirzəyev sərhəd bölgəsində - FOTOLAR
"Azəriqaz"da daha bir dəyişiklik - İdarə rəisi təyinatı oldu
Şuşaya daha 27 ailə köçürülüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail qüvvələrinin Nablusda nümayişi dağıtması nəticəsində türk əsilli ABŞ vətəndaşı ölüb
Almaniya kansleri Frankfurtda Zelenski ilə görüşüb
Türkiyə klubu nigeriyalı qolçudan imtina etdi - Səbəb
"MediaServis" platforması fəaliyyətə başlayıb - Məqsəd nədir?
Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və... - VİDEO
İlham Əliyev İtaliyadan Moskva və Kiyevə vasitəçilklə bağlı mühüm təklif göndərdi: "70 il bir yerdə olmuşuq..." (ÇIXIŞIN TAM MƏTNİ) - Yenilənib
İsrail Qəzzaya yenə zərbələr endirib - Ölənlər arasında 4 uşaq var
Vəzifəli şəxslərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Böyük Britaniya Estoniyada həbsxana icarəyə götürür - 25 milyona
İyi Partiyadan növbəti istefa - Deputat partiyadan ayrıldı
Bakıda yolda kran yanıb
Keçmiş gömrükçilər hakim qarşısına çıxarılır - Təfərrüat
Kılıçdaroğlu qurultaya qatılmadı - Özgür Özəl "Onlar bir daha biu partiyada vəzifə almayacaqlar" mesajı verdi
Əli İnsanovun üzərindən məhkumluq götürüldü - Məhkəmə iclası
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev İtaliyada - Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüş olub (Yenilənib)
İlham Əliyev İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTOLAR (Yenilənib)
NATO-nun Baş katibindən Çinə çağırş: "Rusiyaya dəstəyi dayandırın"
Türkiyə ordusu son 4 gündə 27 terrorçunu zərərsizləşdirib - Açıqlama
Tovuzda kütləvi dava: səbəbkar həbsxanadan necə çıxıb?
Tramp yəhudilərin toplantısında "Harris qazansa, İsrail yox olacaq" dedi, rəqibinə dəstək verənləri aşağıladı - Kamala Harrisin cavabı gecikmədi
BDU-da yenə nöqsanlar aşkarlandı - DETALLAR
Kənd Təsərrüfatı Nazirliyində daha geniş yoxlamaya qərar verildi - Vergi Xidməti nələri araşdıracaq?
Sabah rayonlara yağış yağacaq
Engin Polat həbsdən buraxıldı - 40 il cəza tələb olunurdu
Dövlət Xidmətinin sabiq rəisi haqda yeni qərar verildi