Yasamalda ağaclar qırılıb - Xidmət "İbrahim-Q" MTK-dan prokurorluğa şikayət edəcək

img

30-06-2024 [17:08]


Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Mia.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, bu barədə Xidmət rəsmisi Qafar Ağayev açıqlama verib.

O bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR