Azərbaycanda su xətlərinə necə qoşulmaq olacaq? - YENİ QAYDALAR TƏSDİQLƏNDİ
28-06-2024 [17:39]
Azərbaycanda su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib.
Mia.az Dövlət Su Ehtiyatları Agentliyinə istinadla bildirir ki, su şəbəkəsinə qoşulma sahəsində aparılmış ən son islahatlar nəticəsində şəbəkəyə qoşulmanın 3 prosedur üzrə ümumilikdə 30 gün müddətində həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu və təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli 305 nömrəli Qərarı ilə “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası” təsdiq edilib.
Yeni qaydalara əsasən, məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri sifarişçinin ödənişi əsasında su təchizatı müəssisələri tərəfindən həyata keçiriləcək. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması üçün də sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir. Lakin bu zaman layihənin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podrat təşkilat və ya su təchizatı müəssisələri tərəfindən həyata keçirilir. Qaydalara əsasən, qoşulma layihələri hazırlanarkən, tikinti obyektinin yerləşdiyi ərazidə ən yaxın məsafədə tələbata, şəhərsalma və tikinti normalarına uyğun su təchizatı mənbəyi mövcud olmalıdır.
Məlumata deyilir ki, yeni qaydalar “Su təchizatı və tullantı suları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 may 2024-cü il tarixli 52 nömrəli Fərmanının icrası məqsədilə hazırlanıb.
Bütövlükdə su şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərlik etdiyi “Su şəbəkəsinə qoşulma” işçi qrupu tərəfindən təşəbbüs olunub və işçi qrupu çərçivəsində müzakirələr aparılaraq müvafiq təkliflər təqdim olunub.
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub