Sumqayıtda "Zaman maşını”nın itmiş QURD DƏRƏSİ - Burada zibili də 5-6 km uzağa aparıb atırlar
28-06-2024 [12:29]
Sumqayıtın “Qurd dərəsi” adlanan yaşayış massivinə ilk dəfə düşən olan adama elə gələ bilər ki, bura hanısa ucqar bir dağ rayonudur.
Hətta Azərbaycanın ən ucar rayonunda belə burdakı qədər sosial probleblər və ən əsası isə yolsuzluq problemi yoxdur.
Halbuki Afrikanın gecəqondusunu xatırladan bu yaşayış massivi Sumqayıtın cəmi 2-3 kilometrliyində yerləşir.
Şəhərin 18-mikrorayonundan “Qurd dərəsi”nin girişinə-Saray körpüsünə qədər məsafə 2 km, ən uzaq yerinə isə 6 km-dir, amma bu ərazini yaddan çıxmış yer saymaq olar.
“Qurd dərəsi” bağları, Saray bağlar massivi, Sumqayıt bağları və ya sadəcə “bağlar” kimi də adlanan və Sumqayıt şəhər inzibati ərazisinə daxil olan ərazidə Sumqayıt bələdiyyəsinin, Sumqayıt İcra Hakimiyyətinin,nə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ümumiyyətlə bilinmir.
Ümumiyyətlə ərazidə 10 mindən çox insan yaşasa da, bura ayrıca yaşayış massivi, qəsəbə-filan kimi rəsmi status almadığından burada heç bir rəsmi dövlət strukturu yoxdur.
Təsəvvür edin ki, burda hətta küçələr də, , ünvanlar da “17-nin yolu,(marşrutun yolu)”6 ilə 7”-nin arası “3-cü”,”7-ci dayanacağın yolu” və ya hətta “Türkün evi” kimi gedir,tanınır.
Maraqlı da olsa küçələrə camaat özü ad qoyur burda öz fikrinə görə…
Təsəvvür edin ki, böyük bir yaşayış massividir, amma nə xəstəxana, aptek, nə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, nə bazar, nə iri market, nə Kommunal Xidmət idarəsi, nə bələdiyyə, nə icra nümayəndəliyi, nə küçə işıqlandırması , nə də əksər yerdə kanalizasiya sistemi var. Burada hətta zibil konteyneri belə yoxdur. Bu səbəbdən bəziləri hətta, zibilini Sumqayıta aparıb atır maşınla, ya da yandırırlar,yaxud da kim pul verir, zibil maşını onun torbada qoyduğu zibilini müəyyən vaxtlarda gəlib aparır.
“Azərsu” burada yalnız su pulu yığır. Suyu sakinlər öz vəsaitləri hesabına (1000 manata başa gəlir) plastik borularla birtəhər əldə edir. Sakinlər qaz və işığın da çətinliklə evlərinə çəkilməsinə nail olur. Bundan başqa yaşayış yeri rəsmi status almadığından burada yaşayanların qeydiyyat problem var. Torpaqların sənədi olsa da sakinlər qeydiyyata düşə bilmir. Buna görə də çoxları ayrı-ayrı yerlərə qeydiyyatdadır ki, bu da onlara işlərində problemlər yaradır.
Dövlət idarələrindən burada (məktəbi saymasaq) yalnız bir müddət əvvəl istifadəyə verilən polis idarəsi mövcuddur.
Bir sözlə ərazidə infrastruktur konkret yoxdur.
Demək olar ki,bəs yaşayış yeri Sumqayıta yaxındır və sakinlər Sumqayıt şəhərinin xidmətlərindən istifadə edə bilərlər. Amma iş orasındadır ki, buranın ən böyük problemi yol problemi olduğundan Sumqayıta gedib-gəlmək hətta şəxsi maşınla da çətindir.İctimai nəqliyyat isə çox bərbad vəziyyətdədir.
Belə ki, Sumqayıtın bazarından bura və
əks istiqamətə 4 marşrut işləyir: təxminən yarım saatdan bir,bəzi yerlərdən isə 1 saatdan bir 17, 17a , 27,18, 16-19 nömrəli marşrut avtobusları işləyir.
Bazar günləri isə interval lap çox olur.
Bağ avtobusları köhnə model PAZ-lardan ibarətdir bu avtobuslarının hələ də bu ərazidə istifadəsinə səbəb yolların çox bərbad olmasıdır. “PAZ” sürücüləri deyir ki, ki, burada təzə avtobuslar tez sıradan çıxır və “Qurd dərəsi”nin yollarına ancaq sovet marşrutları tab gətirir.
Bu marşrutlardan ən əsas olan 17, 17a-nın yolu lap bərbaddır. Nisbətən yaxşı yolu olan 18 nömrəli marşrutun yoludur.
Hər marşrutun da 4-5 ,3-4 avtobusu var,amma deyildiyi kimi marşrutlar köhnə və yol da pis olduğundan bu insanların tələbatını ödəmirlər.
Sakinlər deyir ki, əgər marşrut sahiblərinin Pavlov avtomobil zavodunun avtobuslarına belə “sadiqliyi” varsa heç olmasa bu zavodun təzə modellərinə alıb gətirsinlər.
Üstəlik sakinlər yola xeyli vaxt itirirlər. Aydındır ki,bu avtobuslarda dayanacaq-zad söhbəti yoxdur. Harda saxlatdın avtobusu orda dayanır. Bu avtobuslarda sakinlər evə çatana qədər xeyli əziyyət çəkir. (sakinlər hətta zarafatca deyir ki, bu marşrut müalicəvidir, böyrək daşlarını salır) və heç bir komfortu olmayan bu marşrut avtobusu 5-6 kilometrlik yolu təxminən 1 saata çatır. Halbuki, “Qurd dərəsi”nə normal yol çəkilsə, minlərlə sakin hər gün köhnə “PAZ”larla yox, müasir avtobuslarla uzağı 10 dəqiqəyə bu yaşayış məkanına rahat gedib-gələ bilər.
Təbii ki,bu avtobusların nə kondisoneri , nə qızdırıcısı olmadığından yayda sərnişinlər dəhşət istidən,qışda isə soyuqdan əziyyət çəkirlər.
Ona görə əgər birdən allah eləməsin gecə ilə kiminsə halı pisləşsə onu şəhərə -xəstəxanaya gərək öz maşınınla aparasan. Başqa çarə yoxdur.
Sakinlər çox vaxt öz vəsaiti hesabına yola daş, çınqıl, doğranmış şlak töküb onu düzəldirlər. Arada yolun hanısa hissəsinə asfalt çəkilir ki, onu da hanısa imkanlı şəxs edir. Təbii ki, bu cür “təmir” də çox çəkmir. Yağışlı günlərdə, qışda isə buranın yolları gölməçələrin, palçığın əlindən lap keçilməz olur. Həm əsas, həm də evlərarası yolların bərbad olması burada yaşayan sakinlərə çox əziyyət verir. Bu səbəbdən taksilər də bura gəlməkdən çox vaxt imtina edir.
Yolsuzluq problem olan və bu yer 90-cı illəri xatırladır.
Bu səbəbdən keçmişə səyahət etmək istəyən Sumqayıtdan çıxan “Zaman maşınına” “Paz”lara minə bilər.
Hətta burda itmiş dünya və parallel dünyanı da görmək olar.
Keçmiş zamanlardan kino çəkmək istəyənlər rahatca heç bir xərc çəkmədən buranı seçə bilərlər.Burda nostalji kadrların çəkilməsi üçün hər bir təbii şərait var.
Qeyd etmək lazımdır ki, “Qurd dərəsi”nin nəqliyyat,yolsuzluq ,sosial problemləri dəfələrlə mətbuatda işıqlanıb, bu barədə ,çox yazılıb, amma heç bir tədbir görülməyib.
Amma ümid edək ki,əlaqədar qurumlar bu yerə də asfalt yol çəkiləcək, avtobuslar yeniləcək və “Qurd dərəsi”ndə yaşayan insanlar nəqliyyat problemindən axır ki, qurtulacaqlar.
Malik Məmmədov
MİA.AZ
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub