Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb

img

14-11-2025 [17:15]


ABŞ-də yaşayan və həmin ölkədə Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev Azərbaycanın Baş Prokurorluğuna çağırılıb.

Mia.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Bildirilib ki, hazırda ABŞ-də yaşayan 1952-ci il təvəllüdlü Vaqif Allahverdiyev, həmin ölkədə adı Viktor Aleksandr kimi təqdim edilən şəxs barəsində Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib: "Vaqif Allahverdiyevə izah edilir ki, bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir"


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA