Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
28-06-2024 [00:00]
Qoç - Yaşam sizdən fərqli yanaşma, kreativlik tələb edir. Günün ilk yarısında başlayacağınız iş yaxşı gəlir verə bilər. İdeyalarınızı reallaşdırmağa başlayanda tələsməyin. Düşünülməmiş addımların fəsadları çox ağır ola bilər.
Günün ikinci yarısında işlərinizdə heç bir lüzum olmadan barrikadalar yaratmayın. Planlarınızı ciddiləşdirin. Əvvəlki yanlışlıq və səhvlərin fəsadlarını aradan qaldırarkən tələsin.
Praktikliklə yanaşı, keyfiyyətə fikir verin. İşinizdən mənəvi zövq almaqla yanaşı, gəlir əldə etməlisiniz. Yalnız özünüzü düşünməyin. Dəyər verdiyiniz insanların qayğısına qalın.
Buğa - Günün ilk yarısından etibarən fəal olun. Süst və ətalətli insan təsiri bağışlamayın. Məqsədə aparan yolda maneələrlə sədlərin sayı artacaq. Yeni problemlərin həllində var gücünüzlə çalışmaq məcburiyyətindəsiniz.
Günün ikinci yarısında işlərinizdə inadkar olun. Nailiyyətlər sizdən asılıdır. Səhhətinizin qayğısına qalın. Sağlam rasionu seçin. Axşam saatlarında işgüzar aktivliyi pik həddinə çatdırmayın.
Şərait imkan verirsə, yeni layihənin startını ertələyin.
Əkizlər - Yeni məsələlərin və problemlərin həllinə başlamaq olar. İndiyədək həllini mümkünsüz saydığınız problemləri asanlıqla həll etmək olar. Oyun qaydalarına riayət edin, ənənəvi şərtlər çərçivələrindən kənara çıxmayın.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanın yardımlarından bəhrələnin. Qeyri-adi layihəyə başlamaq, planları genişləndirmək olar. Fəaliyyətin seçilmiş variantına proses əsnasında dəyişikliklər etmək olar.
Axşam saatlarını ailə üzvlərinə həsr edin. Məişət qayğılarının çözülməsini ertələməyin.
Xərçəng - Qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Fəaliyyət sahəsindəki bəzi məqamları dəyişmək gərəkdir. İş yerindəki problemləri rəhbərliklə müzakirə etmək olar. Karyeranızı inkişaf etdirmək, mövqelərinizi möhkəmləndirmək üçün daha fəal çalışın.
Günün ikinci yarısında statusunuzu düşünün. Pulu kollektiv fəaliyyət vasitəsilə, birgə əməklə qazanmaq daha asandır. Yeni, nabələd olduğunuz marşrutda qısamüddətli işgüzar səfəri təxirə salın. Axşam saatlarında evdən çox uzağa yollanmayın.
Şir - Günün ilk yarısından etibarən vaxtdan maksimal istifadə etməyə çalışın. Uzaq səfərlə bağlı təklif ala bilərsiniz. Sənədləşdirmədə, hesablarda, ünsiyyətdə diqqətli olun. Məhkəmə iddiasının formalaşmasına yol verməyin.
Günün ikinci yarısında fikrinizi bildirməkdən çəkinməyin. Dediklərinizin arqumentləri olmalıdır. Axşam saatlarında alış-verişdə bədxərclik etməyin.
Maliyyə durumunuzu realistcəsinə dəyərləndirin.
Rasionunuza fikir verin.
Qız - Hazırlıq işləri, taktika və strategiyanın yenilənməsi üçün əlverişli zamandır. Yeni layihəyə başlayırsınızsa, enerjili olun. Biliklərinizdən, əlaqələrinizdən faydalanın. Ən ciddi, ağır problemlərdən birini həll edə biləcəksiniz.
Günün ikinci yarısında peşəkar bacarıqlarınızı artırın. Bir qədər istirahət edin, dincəlin. Fanatikcəsinə çalışmağın özündə zərər var. Mənasız qorxular və əsassız əndişələrə qapılaraq mövqelərinizdən geri çəkilməyin. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - Düşünlmüş riskə ehtiyac duyulur. Yeni tərəfdaşı və ya şəriki düşünülmüş şəkildə seçin. İllüziyalara qapılmayın. Təhlükəsizliklə bağlı məsələləri tam razılaşdırmamış irəliləməyə çalışmayın. Ətrafınızdakı insanların nələrə can atdıqlarına fikir verin.
Günün ikinci yarısı gəlirlərinizi artıra biləcək layihələr üçün münasib zamandır. Böhran menecmentinin nə olduğunu anlamaq pis olmazdı. Dəyər verdiyiniz insanlarla təmaslarda mövqelərinizdən geri çəkilməyin.
Axşam saatlarında bədxərclik etməyin. Səhhətinizə fikir verin.
Əqrəb - Məqsədə doğru hərəkətdə yeni mərhələdir. Taktikanızı dəyişin, daha çevik və qıvraq olun. Əməkdaşlıq etdiyiniz insanların maraqlarını nəzərə alın. Resurslar, gəlirlər, işin paylaşdırılması ilə bağlı məsələləri vaxtında həll edin.
Günün ikinci yarısında qətiyyətli və inadkar olmaqla yanaşı, diplomat təki davranın. Münasibətləri gərginləşdirməyin. Tərəfdaşlarla fəaliyyəti rəqabətə döndərməyin. Birgə fəaliyyət rəqibləri üstələməyə, onları geridə qoymağa imkan verəcək.
Oxatan - Qarğaşalı, tələsik, qarışıq, "qəza"lı və qadalı gündür. Hərəkətlərinizi məhdudlaşdırın, insanların gur olduğu yerlərdə olmamağa çalışın.
Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss olunacaq.
Karmik düyünlər yaranacaq, önəmli münasibətlərdə sizə indiyədək qaranlıq qalan məqamlar aşkarlanacaq.
Qərar qəbul etməkdə gecikməyin, amma tərəfdaşlarınızın və ailə üzvlərinizin reaksiyalarına diqqət yetirin. İmpulsiv hərəkətlər etməyin.
Yeni iş və maraq istisna deyil. Səfərdə ehtiyatlı olun. Evdəki bütün təmir işlərini təxirə salın. Elektrik işləri görməyin.
Oğlaq - İşlərdə yeni səviyyəyə keçid üçün əlverişli zamandır. Peşəkar fəaliyyət müstəvisində problemlərin həllinə yaradıcı yanaşsanız, inkişaf sürətli olacaq. Yaşamla bahəm, işlərdə innovasiyalara zərurət duyulur.
Bununla belə, fərqli sahədə çalışmağa tələsməyin. Mənasız və əsassız illüziyalara qapılmayın.
Günün ikinci yarısında hər şeyə dərhal nail olmaq fikrinə düşməyin. İrəliləyiş zəhmət və vaxt tələb edir. Hisslər burulğanına düşərək eyforiya qurbanı olmayın. Emosiyalarınıza tam nəzarət edin.
Dolça - Fəaliyyətinizi intensivləşdirmək üçün zəruri maddi bazanı genişləndirin. Yeni layihənin maliyyələşdirilməsi, daşınmaz əmlakın alınması və ya satılması əməliyyatı ilə bağlı məsələlərdə tələskənliyə yol verməyin. Qərarlarınızda sadəlövhlük etməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz sınağa çəkiləcək.
Günün ikinci yarısında yeni tanışla təmaslarda bir sıra məqamların təhlilinə ehtiyac var. Ünsiyyətdə ənənəvi çərçivələrdən kənara çıxmayın. Unutmayın ki, dialoq zamanı söz azadlığı həm də fikrinizi aydın, arqumentləşdirilmiş şəkildə qarşı tərəfə çatdırılmasını tələb edir.
Balıqlar - Fəaliyyət müstəvisində birbaşa məsul olduğunuz işləri başa vurun. Başqalarının yerinə yetirməli olduğu işlərə müdaxilə etməyin. Enerjinizi gərəkli istiqamətə yönəldin. Peşəkarlığınızı artırın, bilik və təcrübənizi zənginləşdirin.
Günün ikinci yarısında planlarda zəruri dəyişikliklər edin. Maliyyə vəsaitinizin hərəkətini diqqətdə saxlayın. İnformasiya çox dəyərli resursdur. Yeni sifarişi yerinə yetirmək üçün əlavə, dəqiqləşdirici məlumatlara ehtiyacınız var. Axşam saatlarına yaxın peşəkar insandan məsləhət alacaqsınız.
Milli.Az
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub