Hikmət Hacıyev Ermənistanın "Qarabağı Rusiya Azərbaycana verdi" sərsəm iddiasını belə cavablandırdı: "Günahı başqasının üzərinə yıxmaq və..."
26-06-2024 [18:22]
"Ermənistan Təhlükəsizlik Şurasının katibinin bu açıqlaması əvvəlki və indiki Ermənistan siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini ört-basdır etmək, günahı başqasının üzərinə yıxmaq və özünə bəraət qazanmaq cəhdindən başqa bir şey deyildir".
Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev "Ermənistan Təhlükəsizlik Şurasının katibi Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyini iddia etmişdir. Bu revanşizmin təzahürüdür, yoxsa bunu necə şərh edərdiniz” sualına cavabda deyib.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyib, şəhid verərək Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məğlub edib: "Azərbaycan ordusu mütləq hərbi qələbə qazanaraq Ermənistanın 30 il davam edən hərbi işğalına son qoymuş və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Ermənistan rəhbərliyi ordu sıralarında 10 min nəfərdən artıq fərarinin olduğunu özü etiraf etmişdir. 2023-cü ilin senyabrında həyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində 23 saatdan az bir müddətdə Azərbaycan ərazisində qeyri-qanuni qalmaqda davam edən Ermənistan ordusunun qalıqları tərksilah edilmiş və Qarabağ tam azad edilmişdir. Ümumən Ermənistan ordusunun 5 milyard ABŞ dollarından artıq dəyəri olan silah və sursatı məhv edilmiş və ya qənimət götürülmüşdür.
Həm 44 günlük Vətən müharibəsi, həm də anti-terror əməliyyatı bir çox dünya ölkələrinin hərbi akademiyalarında unikal hərbi əməliyyatlar olaraq öyrənilir.
Təəssüflə qeyd etmək istərdik ki, bu kimi açıqlamalar Ermənistanın siyasi-hərbi rəhbərliyinin təfəkküründə hələ də revanşizm xülyalarının qalmasının təzahürüdür. Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə tarixi səhvləri yenidən təkrarlamamaq üçün revizionizm və revanşizm xülyalarından tamamilə əl çəkməyi, militarizasiya siyasətinə son qoymağı tövsiyə edirik”.
Ali Koç getdi, yeni prezident seçildi - Komanda 10 nəfər qalan rəqibə qalib gələ bilmədi
Ərdoğan ABŞ-da: "Trampla regional müzakirələr aparacağıq" - FOTO
Qəzzada qida çatışmazlığı: son 24 saatda daha 5 nəfər acından ölüb
Fələstin XİN: "Oxşar addımı ABŞ-dan da gözləyirk"
Dünyanın estetik cərrahları Bakıya toplaşır - Məşhur hipnozçu Korzay Koçak onların arasındadır (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İlin son Günəş tutulması başlayıb
ADPU-nun Şamaxı filialında “Suverenliyimiz – Gücümüz və Qürurumuzdur!” mövzusunda tədbir keçirilib
Kanada Fələstini dövlət kimi rəsmən tanıyıb
Hakim olmaq istəyənlər imtahan verdi
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Malta prezidentinə məktub ünvanlayıb - MƏTN
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə Şəhər Günü münasibətilə konsert proqramı keçirilib
Goranboyda ər arvadını öldürülüb
Ruandanın prezidenti Azərbaycana niyə gəlib? - TƏHLİL
Keçmiş səfir XİN-də yüksək vəzifəyə təyinat aldı
Azərbaycan prezidenti Ruanda lideri ilə görüşüb, yeni sənədlər imzalandı, birgə bəyanat verildi - FOTOLAR (YENİLƏNİB)
Kəlbəcər şəhərinə növbəti köç olub
Ruanda Prezidenti "ASAN xidmət" mərkəzində olub
Kənan Şakirin şeirləri...
Azərbaycan və Ruanda prezidentlərinin nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...
Jurnalist Şəmistan Nəzirli vəfat edib
Prezident İlham Əliyevdən paylaşım - VİDEO
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
"Azərbaycan Dəmir Yolları"nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
Ukrayna ordusu Donetskdə 7 yaşayış məntəqəsini azad edib: "2456 RUS HƏRBÇİ ÖLDÜRÜLÜB" - Zelenski "əla, uşaqlar" dedi
Hava limanında özbaşınalıq: qolundakı 20 qramlıq qolbağa görə müəlliməni cəzalandırıblar (SƏNƏD)
Xarici İşlər Nazirliyi bəyanat yayıb
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Trampla görüşə gedir - Bu tarixdə (Açıqlama)
Qurban Qurbanovun oğlundan təzə trend və ya dəbdəbəli mərasimin görünməyən tərəfləri... - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlib
Ruanda Prezidenti Azərbaycana gəlib - FOTO
Nərimanla Abbas Aeroportda niyə pərt oldu?
Sahil Babayev maliyyə idarələrinin rəislərini topladı: yeni tapşırıqlar verildi - Kollegiya iclası
Bakıda və rayonlarda güclü külək olacaq - Xəbərdarlıq
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN