Sərhəd Xidmətinin əsgərini elektrik cərəyanı vurdu

img

03-07-2014 [13:34]


Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri bədbəxt hadisə nəticəsində ölüb.


Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmış, Quba rayon Əlibəyqışlaq kənd sakini, 1995-ci il təvəllüdlü İsgəndərov Şəmsəddin Nəriman oğlu təhlükəsizlik qaydalarını pozub. Nəticədə elektrik xəttində baş vermiş qısaqapanma nəticəsində onu elektrik cərəyanı vurub və əsgər hadisə yerində dünyasını dəyişib. Hazırda faktla bağlı Hərbi Prokurorluq və DSX-nin aidiyyəti strukturları tərəfindən araşdırmalar aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA