Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25-06-2024 [00:02]
Qoç - çoxdan başladığınız işi bu gün başa vura bilərsiniz. Layihələri yarımçıq qoymayın. Yaşamınıza əhəmiyyətli dərəcədə təsir edə biləcək qərar istisna deyil. Yaşam və iş yerini dəyişmək, kollektiv fəaliyyəti intensivləşdirmək üçün münasib zamandır.
Günün ikinci yarısında iş yerində rəhbərliklə aşkar münaqişəyə başlamayın. Həmkarlarla münasibətləri ayırd etməyin zamanı deyil. Münasibətlərinə önəm verdiyiniz insanın istəklərinə diqqətlə yanaşın.
Axşam saatları romantik macəra üçün əlverişli vaxt deyil.
Buğa - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.
Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.
Maliyyə məsələləri xüsusi diqqət tələb edir. İmpulsa aldanaraq itkilər verməyin, mənasız xərclər etməyin. Problemlərin uğurlu həllini tapmaq olar.
Əkizlər - ağır işə, genişmiqyaslı layihəyə başlamağın zamanı deyil. Qüvvələrinizi bərabər paylaşdırmasanız, potensialınızı dürüst qiymətləndirməsəniz, uğursuzluğa düçar ola bilərsiniz. İfrat yorğunluğa mübtəla olmayın.
Günün ikinci yarısında sayıq və diqqətli olun. Ətrafınızdakı insanlarla birbaşa qarşıdurmadan yayının. Bütün mübahisəli məsələləri sülh yolu ilə, danışıqlarla həll etmək olar. Təhqir, təhdid, zor tətbiqi yolverilməzdir.
Ailə üzvləri daha çox diqqət tələb edirlər. Sizə ehtiyacı olan insanların qayğısına qalın.
Xərçəng - günün ilk yarısındakı qeyri-müəyyənlik ciddi narahatlıq yarada bilər. Ailə işləri və məişət qayğıları ilə bağlı durumdakı çətinlikləri aradan qaldırın. Yaşam arealında qayda yaradın. Resurs və ehtiyatlarınızı dəyərləndirin. Alış-veriş etmək olar.
Günün ikinci yarısında məşğuliyyətinizi və ünsiyyət çevrənizi təftişə uğrada bilərsiniz. Münaqişəli situsiyaların, sizi asılı duruma salmaq istəyən insanların iradlarının az olduğu durumu seçin. Təmkinli olun. Kobudluğa kobudluqla, aqressiya ilə cavab verməyin. Estetikaya, gözəlliyə tələbat arta bilər. Qarderob və aksessuarların yenilənməsi üçün münasib zamandır.
Axşam saatlarında yaxşı bələd olmadığınız yerdə istirahət etməyin.
Şir - maliyyə məsələlərində diqqətli davranın. Pullarınızın qədrini bilin, bədxərclik etməyin. Əks halda borca düşə bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var.
Çılğın olmayın, emosiyalarınızı idarə edin.
Günün ikinci yarısında tanış və dostlardan dəstəyi əsirgəməyin. Sifarişçi, müştəri, tərəfdaş və ya şəriklə görüşdə mümkün qədər diqqətli davranın. Eşitməklə yanaşı, deyilənin məğzini anlayın. Sözlərin fərqli mənalarını qulaqardına vurmayın.
Qız - mümkün qədər intizamlı, məsuliyyətli olun. Əməllərinizə və sözlərinizə görə cavab verməli olduğunuzu unutmayın. Vədlərə əməl edin. Yalançı, unutqan insan təsiri bağışlamayın.
Günün ikinci yarısında dostların, qohumların təkliflərini nəzərə alın. Başqalarının fikirlərinə sayğı ilə yanaşın. Təxribatlara uymayın, səbrli və təmkinli davranın. Mövqelərinizdən əsla geri çəkilməyin.
Vicdansız insanların yalanlarının qurbanı olmayın.
Tərəzi - situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış dəyişikliklər ola bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın. Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız işdə uğurlar əldə edə bilərsiniz.
Günün ikinci yarısında yeni layihəyə başlamayın. İti və kəsici alətlərlə ehtiyatlı davranın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda gərginlik, qarşılıqlı iradlar olacaq. Fikir ayrılıqlarını normal şəkildə nizamlayın. Günün təmayüllərini nəzərə alaraq problemləri dərhal aradan qaldırın. Axşam saatlarında yeni ideyalar istisna deyil.
Əqrəb - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə gərginlik yaranacaq. Kənardan təsirlərin artmasına hazır olun. Mühüm informasiyanı, xəbərləri sizdən gizlədəcəklər. Situasiyanın tələb etdiyi addımların ardıcıllığını intuisiyanız sizə deyəcək.
Günün ikinci yarısında mübahisələrə qarışmayın. Ailə üzvləri ilə təmaslarda qayğıkeş və alicənab olun. Zəifə, ağır durumda çaş-baş qalmış insana yardım edin. Sevdiyiniz insandan çoxsalyı sirlər saxlamayın. Axşam saatlarında vəziyyət sakit olsa da, hansısa işi başa çatdırmaq asan deyil.
Oxatan - məşğul olduğunuz işə bütün diqqətinizi və vaxtınızı ayırsanız, ciddi uğurlara nail ola bilərsiniz. Başladığınız işi əsla yarımçıq qoymayın. Məqsədə doğru inadla, qətiyyətlə irəliləyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hədəfi "vurmaq" üçün yardımlara ehtiyacınız var. Etibar etdiyiniz insanın, inandığınız yoldaşın köməyindən bəhrələnə bilərsiniz. Dedi-qodulara aldanmayın.
Axşam saatlarında çevik və hətta hiyləgər olun.
Oğlaq - bütün diqqəti əsas məsələnin həllinə yönəldin. Cari işləri uğurla başa vurun, axşamalara və ləngimələrə şərait yaratmayın. Aktiv olun, rəqiblərinizi üstələmək üçün bütün gərəkli metod və vasitələrdən yararlanın. Təsadüfi maneələr və kənar təsirlər sizi yolunuzdan döndərməməlidir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşıdurmaya zəmin yaratmayın. Axşam saatlarını ailə üzvlərinə həsr edin. Qarşılıqlı anlaşma və səmimiyyətə ehtiyac duyulur.
Dolça - şəxsi münasibətlər və karyeranızla bağlı durum motivasiyadan asılıdır. Qətiyyətli olun, kiçik problemlərə görə ruhdan düşməyin. Peşəkar fəaliyyət müstəvisində kənar təsirlərin güclənməsinə imkan verməyin. Yeni işə başlamaq, gəlir mənbələrini artırmaq olar.
Günün ikinci yarısında rəqiblərlə tərəfdaşları ayırd etməyi bacarın.
Yaxınlarınız və qohumlarınızla qarşılıqlı anlaşmanın güclənməsi sizdən asılıdır. Peşəkar məziyyətlərinizdən yararlanın, uğurlarınızı artırın. Yeni iş yeri və ya gəlir mənbəyini əldə etmək üçün adekvat addımlar atın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərinizin gərilməsiən can atmayın. Həssas, qayğıkeş olun. Münaqişə yaranarsa, səbrli və təmkinli davranın.
Axşam saatlarında təmkinli olun.
Balıqlar - başqalarının mövqelərindən və fikirlərindən çox asılı olmayın. Öz biliklərinizə, bacarıqlarınıza güvənin. İntuisiyanız sizi aldatmayacaq. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət zamanı eşitdiyiniz hər sözə inanmayın.
Günün ikinci yarısında məqsədə doğru inamla irəliləyin. Aldığınız bəzi məlumatlar bilərəkdən təhrif olunub. Dostlarınızdan biri ilə münasibətləri bədxahlar korlamağa çalışırlar. Münaqişələri kompromis və güzəşt yolu ilə həll edin. Neytral situasiyanın yaranması üçün təşəbbüskar olun.
Milli.Az
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub