“Ukrenergo”nun rəhbəri: Azərbaycan Ukraynanın enerji bazarında oyunçu ola bilər
20-06-2024 [12:32]
Ukraynanın “Ukrenergo” şirkətinin Azərbaycanla münasibətlərinin tarixi Rusiyanın Ukrayna ərazisinə müdaxiləsindən əvvələ gedib çıxır.
Bunu Ukraynanın “Ukrenergo” Milli Energetika Şirkətinin rəhbəri Volodimir Kudritskiy bildirib.
Onun sözlərinə görə, müharibədən xeyli əvvəl “Ukrenergo” Azərbaycanın müxtəlif növ avadanlıqların, transformator avadanlıqlarının və elektrik avadanlıqlarının tədarükü üzrə əməkdaşlıq edirdi: "Azərbaycanın müxtəlif şirkətləri ilə beynəlxalq layihələr çərçivəsində əməkdaşlıq etmişik, ona görə də bizim üçün onun şirkətlər, biznesi çoxdankı tərəfdaşlardır".
“Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra ən çətin dövr 2022-23-cü illəri əhatə edir. Əhalinin elektrik enerjisi ilə təminatı üçün Azərbaycandan humanitar xarakterli əhəmiyyətli yardımlar aldıq. Azərbaycan hökuməti və şirkətlər Ukrayna xalqına enerji sistemində dəstək verdilər. Buna görə biz Azərbaycana çox minnətdarıq”, - “Ukrenergo” rəhbəri vurğulayıb.
V.Kudritskiy qeyd edib ki, müharibə bitdikdən sonra Ukrayna bazarı onilliklər ərzində qitədə ən böyük yenidənqurma bazarı olacaq: “Burada tamamilə müxtəlif istiqamətli şirkətlər, o cümlədən elektrik avadanlıqları, materiallar, fabriklər üçün avadanlıqlar, fabriklər üçün yer olacaq. Biz Azərbaycanın Ukraynanın enerji sektorunda iştirakını gözləyirik. Ukraynanın enerji sektorunun yenidən qurulmasında Azərbaycan fəal iştirakçı olacaq. Söhbət təkcə ənənəvi elektrik enerjisinin istehsalından, şəbəkə və yarımstansiyalardan deyil, həmçinin bərpa olunan enerji mənbələrindən gedir. Əminəm ki, Azərbaycan Ukrayna bazarında oyunçu ola bilər”.
Şirkət rəhbəri əlavə edib ki, Ukrayna və Azərbaycanda avtotransformator avadanlıqlarının istehsalı üçün kifayət qədər unikal istehsal müəssisələri var. “Ukraynada bu texnikanın böyük çatışmazlığı var. Avropada yaşıl enerjinin inkişafı şəbəkələrə böyük sərmayə qoyulmasına gətirib çıxarıb. Və yüksək gərginlikli avtotransformatorlar kimi istehsal texnologiyalarına sahib olan ölkələrin böyük üstünlüyü var. Məncə, bu sahədə əməkdaşlıq bizim şirkətlər üçün maraqlı olardı”, - əlavə edib./Report
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman
"Azərşəkər”in sabiq sədri hakim qarşısına çıxarıldı - 500 min manatdan çox... (YENİLƏNİB)
Fransa Qrenlandiya hərbçi göndərib