İmtahan həyəcanı: ali məktəblərə keçid balları artacaq, yoxsa azalacaq?
19-06-2024 [10:18]
Dövlət İmtahan Mərkəzi bugünlərdə I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb. Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı orta məktəbin məzunu Əhmədova Nəzrin göstərib.
O, imtahanın birinci mərhələsində 300 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697 bal) ona məxsusdur. Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 19-dək davam edəcək.
Qeyd edək ki, hər il olduğu kimi bu il də ali məktəbə qəbul olmaq istəyən abituriyentlərin sayı kifayət qədərdir. Bu il də dövlət tərəfindən qəbul yerlərinin sayında artım müşahidə edilməsinə baxmayaraq, yenə bir çox ixtisaslarda rəqabət gözlənilir.
Bu il ali məktəblərə keçid balları artacaq, yoxsa azalacaq?
Mia.az-ın məlumatına görə, təhsil üzrə ekspert Elmin Nuri "Cebhe.info"-ya bildirib ki, bir müddət öncə DİM sədri Məleykə Abbaszadə və elm və təhsil naziri Emin Əmrullayev də builki plan yerlərinin 7 minə qədər artacağını bildiriblər:
"Ötən il abituriyentlərin 53 min nəfəri tələbə adını qazanıb. Bu il isə 60 minə yaxını həmin imkanı əldə edəcəklər. Ancaq bir məsələni qeyd etmək lazımdır ki, bu plan yerləri əsasən I ixtisas qrupunu əhatə edəcək. Burada da Rİ altqrupunda İT əsaslı ixtisaslarda, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, kompüter elmləri kimi ixtisaslarda bu artım öz sözünü deyir.
Həmçinin biz bu il II qrupda da plan yerlərinin sayında 95 faiz artım gözləyə bilərik. Bunu əsaslandıran səbəblər var. Çünki II ixtisas qrupuna çox təəssüflər olsun ki, əvvəlki illərə nisbətən maraq və diqqət azalıb. Beləliklə, I və II ixtisas qrupunda çox ciddi rəqabət, bir çox abituriyentin kəsiləcəyini gözləyə bilmərik. Ancaq III ixtisas qrupunda ciddi rəqabətin olacağı gözlənilir.
Keçid ballarının artımının məhz III ixtisas qrupunda olduğunu düşünürük. Bu, ötən il də belə oldu. Çünki III qrup əsasən pedaqoji yönümlü ixtisaslardan ibarətdir. Burada əsasən müəllim ixtisası var. Plan yerlərini əmək bazarının tələbi müəyyənləşdirir. Müəllimlik ixtisasına isə əmək bazarında o qədər də ehtiyac yoxdur. Hər il MİQ imtahanı keçirilir və çox sayda müəllimin kənarda qaldığını görürük.
Kifayət qədər normal bal toplayan, hətta müsahibədən də keçən, ancaq vakant yer çox az verildiyinə görə kənarda qalıb, yalnız namizəd kimi qeydə alınan müəllimlər hələ "n" qədərdir. Belə olduğu halda müəllimliklə bağlı ixtisasları artırmaq, əmək bazarını daraltmaq işə yaramır.
Bu baxımdan da III qrupda keçid ballarınını artacağını gözləyirik. Bu qrupda həddindən artıq yüklənmələr olur və əmək bazarına uyğunluq məsələsi getdikcə zəifləyir. İndi XXI əsrin, süni intellekt dövrünün tələbləri var, daha çox mühəndislik, İT ixtisasları lazımdır, ancaq əksinə, biz III qrupa marağın artdığını görürük”.
O bildirib ki, bu il yenə də bu qrup problemli görünə bilər:
“Bizim gənc xanımlarımız əsasən III qrupa müraciət edir və onların seçimləri bir-birinə çox yaxındır. Əmək bazarında buna ehtiyac yoxdur? Bu gün universiteti bitirib, əlində “qırmızı diploma” olan müəllimlərin sayı kifayət qədərdir.
Müəllimlik mənim üçün ən böyük peşədir. Ancaq cəmiyyətə də nəzər salmaq lazımdır. Bu gün işsiz müəllimlərin sayının kifayət qədər olmasına, yenə də ixtisas seçimində 600 bal toplamlarına baxmayaraq, müəllimliyi seçirlər".
Eksperin fikrincə, məsələyə daha praqmatik yanaşmaq lazımdır:
"Bu il III qrupda keçid ballarının kəskin artımını və bir çox abituriyentin tələbə adını qazanmayacağını müşahidə edəcəyik. Sadəcə III qrupda ödənişli əsaslarla qəbul olmaq şansı olacaq. Onu da qeyd edim ki, III qrupda "Sosial iş" və "Muzey işi və abidələrin qorunması" ixtisası var ki, ötən ilin reytinqinə görə ən çox yer ayrılan ixtisaslar idi.
"Sosial iş" ixtisası bizdə hələ məşhurlaşmadığından, aşağı bal toplayanlar "Muzey işi və abidələrin qorunması" ixtisasını qeyd etmişdilər. Bizdə "təki tələbə olaq" prinsipi var. Ancaq bir çoxu bu ixtisasın nəyə lazım olduğunun, əmək bazarında özünü necə göstərəcəyinin fərqində olmurlar.
Cəmiyyətin müəyyən reallıqları var. Bu gün həmin ixtisası bitirən nə qədər məzun işlə təmin olunacaq? Bütün bunlara görə III qrupda vəziyyət bir qədər gərgindir. IV qrup hər zaman stabil olub, ATU-da 1200-ə qədər yer ayrılacaq, onun əksər hissəsi "Müalicə işi", 200-dən çoxu stomotologiya və başqa sahələr üçün ayrılıb.
Beləliklə, I, II, IV qruplarda keçid balının artması ötən illərə nisbətən o qədər də hiss olunmayacaq, ancaq biz bunu III qrupla bağlı deyə bilmərik. III qrupda rəqabət, keçid ballarının artması və plan yerlərinin o qədər də çox olmaması abituriyentlərin işini digər qruplardan bir qədər çətinləşdirəcək".
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib