SABİQ NAZİRİN OĞLUNUN ADI 400 MİN MANATLIQ MƏNİMSƏMƏDƏ HALLANIR - Məhkəmədə gərginlik yaranıb
04-06-2024 [09:54]
“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə araşdırması davam edir.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev əvvəl prokurorun suallarını cavablamaqdan imtina edib.
Təqsirləndirilən şəxs etirazını zərərçəkmiş tərəfin prosesdə iştirak etməməsi, dəymiş ziyanın nədən ibarət olduğunu bilməməsi ilə əlaqələndirib: “Heç bir dövlət qurumu mənim fəaliyyətimdən narazı qalmayıb. Həmçinin mən özümü təqsirli bilmirəm. Məni işə salıblar. Zərərçəkmiş gəlsin ifadə versin, desin görək, onlara nə ziyan dəyib”.
Prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin etirazının əsassız olduğunu deyib. Prokuror izah edib ki, bu işdə zərərçəkmiş yox, zərərçəkmiş qurumun nümayəndəsi var, qanun da onu dindirməyə icazə vermir.
Təqsirləndirilən şəxs və vəkilləri prokurorun izahına baxmayaraq, etiraza davam ediblər. Müdafiə və ittiham tərəfi arasındakı sözlü mübahisəyə məhkəmə tərkibinə daxil olan hakim Novruz Kərimov nöqtə qoyub.

Fotoda: Çingiz Mehdiyev
Hakim qarşısındakı Cinayət-Prosessual Məcəlləsindən məhkəmə istintaqının aparılması ilə bağlı qaydanı oxuyub, müdafiə tərəfini prosesin gedişinə maneə yaratmamağa çağırıb: “Qanun deyir ki, belədir. Harada görülüb ki, qanunu dəyişək?! Biz sizə hörmətlə yanaşırıq, siz də məhkəməyə elə yanaşın”.Bundan sonra müdafiə tərəfi etirazı dayandırıb, prokuror sual-cavaba başlayıb.Prokuror təqsirləndirilən şəxsdən Seyşel adalarında qurulan şirkətin kimə məxsus olduğunu və faktiki olaraq kim tərəfindən idarə edildiyini soruşub.
Çingiz Mehdiyev deyib ki, “Dayton” şirkətini faktiki olaraq anası idarə edib, amma onun da adına etibarnəmə olub: “Dayton” alış-satış və digər fəaliyyətlərlə məşğul idi. “Formula 1” başlamazdan əvvəl mənə tapşırıq verildi ki, avadanlıqların alınması üçün etibarlı şirkət tapım. Mən də qohumlarıma müraciət etdim. Bu işləri ölkədə ancaq mən bilirdim. “Dayton” da bizim maraqlarımıza uyğun idi. Həmin şirkət bizə heç bir şirkətin etməyəcəyi güzəşti etdi. İki ay ödəniş etmədik, amma yenə də əməkdaşlığı davam etdirdi”.Sədrlik edən hakim Leyla Əsgərova-Məmmədova Çingiz Mehdiyevdən tapşırıqları kimdən aldığını soruşub. Mehdiyev sualdan yayınmaq istəsə də, hakimin təkidindən sonra mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun adını çəkib.

Fotoda: Arif Rəhimov
Məlumat üçün deyək ki, daha əvvəl Arif Rəhimov Bakı Şəhər Əməliyyat Halqasının rəhbəri olub.
Çingiz Mehdiyev bütün tapşırıqları Arif Rəhimovdan aldığını etiraf edib.
Təqsirləndirilən şəxsin prokurorun suallarına yarı rus, yarı Azərbaycan dilində, həmçinin dolaşıq cavablar verməsi prokuroru yenidən özündən çıxarıb: “Baxıram ki, siz rus dilindən Azərbaycan dilinə tərcümələr etmisiniz. Amma burada deyirsiniz ki, Ana dilində danışa bilmirəm. Bundan əlavə, mən başqa şey soruşuram, siz başqa şey deyirsiniz. Belə olmaz”.
Prokurorun müvəkkilinə münasibətdə dediklərinə müttəhimin vəkili “kiməsə dərs keçməyə ehtiyac yoxdur”, – deyərək etiraz edib. “Görünür ki, ehtiyac var”, -deyə prokuror cavab verib.
Sədrlik edən hakimin müdaxiləsindən sonra zalda səssizlik yaranıb. Hakim özü də təqsirləndirilən şəxsdən suallara mahiyyəti üzrə cavab verməsini tələb edib.
Bundan sonra proses iyunun 10-na kimi təxirə salınıb.
Qeyd edək ki, Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib(Qafqazinfo).
MİA.AZ
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib
Çindən İrana daha bir dəstək mesajı verilib - XİN başçıları danışdı
Rusiya DİN-in Təlim Mərkəzində partlayış olub - 9 nəfər yaralanıb
AFFA rəsmiləri Türkiyəyə səfər edib
Magistraturaya qəbul: qayda dəyişib
"Bir dəfə İlqar Mikayıloğlunu meşədə döymüşəm" - Elza Seyidcahan
Azərbaycan və Ermənistan rəsmiləri dəmir yolu sahəsinə baxış keçiriblər - Rəsmi açıqlama yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
"Qalatasaray" Almaniyadan 18 yaşlı futbolçu alıb
Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatı artdı - Bir həftə içində 6.9 milyard dollar
Azərbaycanlı alim ABŞ-da həbs olunub
Yaxın Şərqdə ABŞ bazaları... - Elxan Şükürlü yazır
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
Slavyan Universitetinin yataqxanasında yanğın olub
Hesablama Palatasının Strateji Planı təsdiqlənib
"mygov" platforması adından saxta elanlar yayılır
Yanvarın 17-dən hava şəraiti dəyişəcək - Xəbərdarlıq
MİQ imtahanı pullu olub - Qanun təsdiqlənib
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Prezident İlham Əliyev daha iki qanuna dəyişikliyi təsdiqləyib
Rusiya ingilis diplomatı casusluqda ittiham edir - Bəyanat
"Alima bunu qəsdən öyrətmədim, ona görə ki..."
"Turizmin inkişafına dair Dövlət Proqramı" hazırlanıb
Növbət hərrac keçiriləcək
DSMF: “Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub
"Səbail" klubu yeni futbolçu transfer edib
YENİ QURUM YARADILDI - Fərman