AZƏRBAYCANIN BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRİ (“İmkanlar və problemlər” silsiləsindən)
03-06-2024 [14:22]
Məlum olduğu kimi, Azərbaycan böyük ənənəvi enerji resurslarına - neft və qaz ehtiyatlarına malikdir və yaxın on illərdə ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunmuşdur.
Amma ənənəvi enerji mənbələrinin tədricən tükənməsi, bahalaşması, onlardan istifadə zamanı ətraf mühitə külli miqdarda ziyan vurulması son zamanlarda bütün dünyada olduğu kimi, Azərbaycanda da alternativ enerji növlərindən istifadə zərurətini yaradır. Hazırda dünyanın əksər inkişaf etmiş ölkələrində bərpa olunan enerji mənbələrdən geniş istifadə edilir. Statistik məlumatlara görə, inkişaf etmiş ölkələrdə ümumi istehsal olunan enerjinin təqribən 15 faizi su elektrik stansiyaları da daxil olmaqla, alternativ enerji mənbələrinin payına düşür.
Alternativ enerji mənbələri dedikdə, əsasən aşağıda adları çəkilən bərpa olunan enerji mənbələri nəzərdə tutulur: atom elektrik stansiyaları; su elektrik stansiyaları; külək enerji mənbələri; günəş enerjisi; termal sular; hidrogen enerjisi; bioresursların yandırılması nəticəsində yaranan enerji və s.
Mövcud vəziyyət
Əlverişli coğrafi mövqeyə və iqlim şəraitinə malik olan Azərbaycan ekoloji cəhətdən təmiz olan alternativ enerji mənbələri ilə zəngindir. Mütəxəssislərin fikrincə, həmin mənbələri hərəkətə gətirməklə və ölkənin təbii potensialından istifadə etməklə istilik elektrik stansiyalarında yandırılan külli miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların da miqdarını xeyli azaltmaq mümkündür. Azərbaycan Prezidentinin 2004-cü il 21 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbulu da bu istiqamətdə atılan mühüm addım idi. Dövlət proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması, ətraf mühitin qorunması üçün konkret məsələlər qoyulmuşdu.
Dövlət Proqramından irəli gələn məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədi ilə 16 iyul 2009‐cu ildə Azərbaycan Prezidentinin Fərmanı ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) yaradıldı, bu istiqamətdə sistemli və məqsədyönlü işlər vüsət aldı.
2009-cu ildə Xızı rayonunun Şurabad kəndi yaxınlığında külək enerjisindən elektrik enerjisi istehsal etmək üçün pilot layihə həyata keçirilib və həmin ərazidə Danimarka istehsalı olan 0,85 MVt gücə malik olan 2 külək enerjisi qurğusu (KEQ) quraşdırılıb. Qurğular vasitəsilə bir il ərzində 7 milyon kilovat-saat elektrik enerjisi istehsal olunaraq yüksək gərginlikli elektrik sisteminə ötürülüb. Bu qədər elektrik enerjisi Xızı rayonunun tələbatını 50 faiz ödəməklə bərabər, tələbatçıları «təmiz enerji» ilə təmin edib. Yeri gəlmişkən, bu qədər elektrik enerjisinin istilik elektrik stansiyasında istehsalına 2 milyon kubmetr təbii qaz tələb olunur.
2010-cu ildə Qobustan rayonunda Eksperimental poliqon və tədris mərkəzi yaradılmış, 30 hektar ərazidə salınan poliqonda 2,7 meqavat gücündə külək elektrik stansiyası, 1,8 meqavat gücündə günəş elektrik stansiyası 1,6 meqavat gücündə bioqaz stansiyası, 0,75 meqavat gücündə geotermik-istilik stansiyası qurularaq xüsusi anqarlar tikilmişdir. Qobustan mərkəzinin istifadəyə verilməsi nəinki rayonun ekoloji cəhətdən təmiz və dayanıqlı enerji ilə təmin olunmasına imkan yaradır, həmçinin, bölgənin sənaye potensialının yüksəlməsinə, sosial-iqtisadi inkişafına təsir göstərir.
2010-cu ildən Sumqayıt Texnologiyalar Parkında “Günəş kollektorları və qazanları” zavodu fəaliyyət göstərir. Zavodda yüksək keyfiyyətə malik, iş prinsipi suyun qızdırılmasından ibarət olan kollektorlar istehsal edilir. Yeri gəlmişkəne, Bakının Suraxanı (2,8 Meqavat) və Pirallahı (1,2 Meqavat) rayonlarında tikilən günəş Elektrik Stansiyalarında məhz bu kollektorlardan istifadə edilir.
Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə 1 iyun 2012-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti (ABEMDŞ) yaradılmışdır. Azərbaycan Prezidentinin 01 fevral 2013-cü il tarixli Fərmanı ilə ABEMDŞ-in bazasında Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.
2019-cu il 14 yanvar tarixində Azərbaycan Prezidentinin verdiyi fərmanla Dövlət Agentliyi ləğv olunub. 22 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.
Məlum olduğu kimi, kiçik gücə malik külək enerjisi və bioqaz qurğularının, günəş elektrik stansiyalarının fərdi istehlakçılar arasında yayılmamasının əsas səbəblərindən biri də geniş əhali kütləsinin bu qurğular haqqında məlumatlarının kifayət qədər olmamasıdır. Dövlət Agentliyi də bu istiqamətdə işləri gücləndirir, telekanallarda, radio yayımlarında, qəzetlərdə aparıcı alimlər və mütəxəssislərin çıxışları hazırlanır, alternativ enerji mənbələrindən istifadəni populyarlaşdırmağa xidmət edən hazırkı müsabiqə kimi xüsusi tədbirlər həyata keçirilir.
Əsas prioritetlər
Əsas prioritetlər Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin əsasnaməsində birbaşa göstərilir. Qeyd olunur ki, Agentliyin əsas vəzifələrindən biri Respublikanın ayrı-ayrı zonaları üzrə bərpa olunan enerji resurslarının, o cümlədən günəş, külək, biokütlə, termal sular, su axınları, müxtəlif növ tullantılar və bu kimi digər mənbələrin potensialını və onlardan istifadə üçün əsas istiqamətləri müəyyənləşdirməkdir. Azərbaycanın coğrafi şəraitinə uyğun olaraq, göstərilən alternativ enerji mənbələrindən istifadə etmək çox əlverişlidir. Əsasən respublikanın dağ və dağətəyi rayonlarında qəsəbə və kəndləri kiçik təsərrüfat obyektlərini, istehsal sahələrini elektrik enerjisi ilə təmin etmək üçün az güclü mikro SES-lərin inşa edilməsi əhəmiyyətlidir və əsas proritetlərdən biridir. Qeyd etmək lazımdır ki, bu tip elektrik stansiyaları vaxtı ilə Sovet İtifaqının güclü enerji sisteminin yaradılması üçün əhəmiyyətli rol oynamışdır.
Son zamanlar alternativ enerji mənbəyi kimi külək enerjisi bütün dünyanın diqqət mərkəzindədir. Bəzi hesablamalara görə, yaxın zamanlarda dünyada istifadə olunan elektrik enerjisinin 20 %-i külək enerjisi mənbələrinin payına düşəcəkdir. Külək enerji mənbələrinin yaradılması üçün Azərbaycanda mövcud olan iqlim şəraiti çox əlverişlidir. Əsasən Abşeron yarımadasında, Xəzər sahili rayonlarda, dağ və dağətəyi rayonlarda və s. bu tip enerji mənbələrinin istifadəsi önəmlidir. Azərbaycanın Abşeron - Qobustan ərazisi xüsusilə yüksək külək energetikası potensialına malikdir, bu ərazidə il ərzisində 270 gündən artıq güclü küləklər əsir. Küləyin orta illik sürəti saniyədə 7,2 metrdir.
Bərpa olunan enerji mənbələri arasında ehtiyatların miqyasına və ekoloji təmizliyinə görə Günəş enerjisi daha perspektivlidir. Son zamanlar Günəş enerjisindən istifadə üçün bütün dünyada ciddi tədqiqatlar aparılır. Günəş enerjisi ilə işləyən mexanizmlər, avtomobillər, kiçik güclü traktorlar yaradılıb təcrübədən keçirilir. Bu tədqiqatlar ümumiyyətlə gələcəkdə günəş enerjisindən səmərəli istifadə etmək, güclü günəş batareyaları yaratmaq və onlardan daha çox istehsal-təcrübə sahələrində, təsərrüfatlarda, yaşayış sahələrində istifadə etmək üçün zəmin yaradır. Azərbaycan da öz coğrafi mövqeyinə görə Günəş enerjisi ehtiyatları ilə zəngindir, Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikası daha böyük imkanlara malikdir. Azərbaycanda da günəş enerjisindən səmərəli istifadə istiqamətində işlər sürətlə gedir, yuxarda deyildiyi kimi, Günəş kollektorları zavodu artıq tikilmişdir.
Respublikamızda, eyni zamanda bioresursların yandırılması nəticəsində yaranan enerjidən istifadə edilməsi üçün də müəyyən işlər görülür. Bu enerji mənbələrindən istifadə olunan zaman, onların atmosferə vura biləcəyi ziyanlar və bu ziyanların aradan qaldırılması yolları araşdırılır. Son zamanlar Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə bu sahədə əməkdaşlıq edir, əhəmiyyətli işlər görülür. Abşeronda biokütlələrin yandırılması və elektrik enerjis alınması üçün zavod tikilir.
Perspektiv imkanlar
Yuxarıda göstərilən alternativ və bərpa olunan enerji mənbələrindən yalnız atom və hidrogen enerjisi, müəyyən obyekti səbəblərdən bu gün Azərbaycanda istifadə olunmur. Məlum olduğu kimi, atom enerjisi müasir dünyanın əsas enerji mənbəyidir, Avropanın və dünyanın bir çox qabaqcıl ölkələri (Fransa, Rusiya, Türkiyə və s.) Atom elektrik stansiyalarının (AES) xidmətindən uğurla istifadə edir. XX əsrin sonlarında bu stansiyalar ətraf mühit və insanlıq üçün müəyyən dərəcədə təhlükəli idi, hətta Sovet İttifaqında Çernobıl ekoloji fəlakəti də törətmişdi. Odur ki, Ermənistanda köhnə texnologiyalarla sovet dövründə inşa edilmiş «Metsamor» AES də region üçün əsas təhlükə mənbəyi olaraq qalır. Amma elmin və texnikanın tərəqqisi dövründə müasir texnologiyaların tətbiqi ilə tikilən müasir stansiyalarda bütün bu faktorlar nəzərə alınır, potensial təhlükələr aradan qaldırılır. Odur ki, bu stansiyalar müasir dövrün əsas alternativ enerji mənbəyi sayılır. Doğrudur, AES çox bahalı proyektdir, amma perspektivdə Azərbaycanda istifadə edilə və ölkənin gələcək enerji təhlükəsizliyinə xidmət edə bilər.
Hidrogen enerjisi, faktiki olaraq, tükənməzdir və gələcəyin enerjisi sayılır. Hidrogen yananda, enerji yarananda isə təmiz su əmələ gəlir, yəni ətraf mühit qətiyyən çirklənmir. Təmiz suyu yenidən parçalamaqla hidrogen almaq olar. Yer qabıqının üçdən ikisinin su ilə əhatə olunduğunu nəzərə alsaq, bu enerjinin doğrudan da, tükənməz olduğunu görürük. Amma sudan hidrogenin alınması sadə görünsə də, çox çətin və bahalı bir prosesdir aə hazırda dünyanın qabaqcıl ölkələrinin elmi mərkəzləri bu məsələni asanlaşdırmaq və ucuzlaşdırmaq, istehsallaşdırmaq istiqamətində təhqiqatlar aparır. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları da bu sahədə həmin mərkəzlərlə əməkdaşlıq edir və hidrogen enerjisi perspektivdə Azərbaycanın gələcək enerji təhlükəsizliyinə öz töhfglərini verə bilər.
Geotermal enerji və hidrotermal mənbələr də perspektiv imkanlar sırasındadır. Geotermal enerji dedikdə, müxtəlif dərinliklərdə yerləşən və atmosferdə havanın temperaturundan yüksək temperatura malik olan flyuidlər və quru dağ süxurlarının istiliyi başa düşülür. Azərbaycanın müxtəlif rayonlarında yerin altından səthə istilik axını yayılır, nəticədə temperatur daha yüksək olur. Bu temperatur artımından geotermal stansiyaların yaradılması üçün və ya aşağı potensiallı istilik mənbəyi kimi istifadə oluna bilər. Hidrotermal mənbələrdə isə yeraltı istilik quyu vasitəsilə isti termal suların axını ilə yer səthinə çıxarılır. Bu suyun temperaturu hidrotermal lay daxilindəki təzyiqdə doyma temperaturundan yüksək olur. Təzyiq düşərkən su qaynayır və əmələ gələn buxar buxar turbinində istifadə oluna bilər. Aşağı temperaturlu flyuidlər isti su təchizatı, istixana və binaların qızdırılması, istilik nasosları vasitəsilə texnoloji proseslər üçün istifadə edilə bilər.
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində problemin mürəkkəbliyi ondadır ki, imkanlar zəngin və müxtəlif olsa da, az öyrənilmişdir. Ona görə də müasir mərhələdə bərpa olunan enerji mənbələri üzrə əsaslı elmi tədqiqatların aparılması və geniş profilli mütəxəssislərin hazırlanması zəruri məsələdir. Bu məqsədlə artıq Milli Elmlər Akademiyasının müvafiq institutlarında məqsədyönlü işlər aparılır və bu işlər dövlət sifarişləri hesabına daha da gücləndirilməlidir. Respublikanın müvafiq universitetlərində də bu istiqamətdə kadrların hazırlanması üçün əsaslı işlər görülür, qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə edilir. Artıq iyirmi ildən çoxdur ki, Texniki Universitetdə bərpa olunan enerji mənbələri ixtisası üzrə bakalavr və magistrlər hazırlanır. Tədris prosesinin keyfiyyətini yüksəltmək üçün Almaniya və Yaponiya kimi qabaqcıl ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq edilir. Göründüyü kimi, kadr hazırlığına artıq başlanmışdır, bu prosesi gücləndirmək və genişləndirmək lazımdır.
Qalib ARİF
MİA.AZ
Ermənistan parlamentində əlbəyaxa dava düşüb - FOTOLAR
Okan Buruk Taylan Antalyalıya "yox" dedi
Atalıq 12 yaşlı qızı zorlayıb - Azərbaycanda şok olay
Daha bir bələdiyyə sədri həbs olunub
İlham Əliyev İordaniya ilə sazişi təsdiq etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev Fərman imzalayıb
PREZİDENT ONLARA DİPLOMATİK VƏ ALİ XÜSUSİ RÜTBƏ VERDİ - Siyahı
Dövlət Xidməti daha 16 maşını satıb - Hərracda
Rəsmi Moskvadan Kiyevə mesaj: "Tarixlə bağlı təklif gözləyirik" - "Bu məsələ ilə bağlı ziddiyyətli bəyanatlar var"
Prokurorluqda qulluqda olmasının yaş həddi artırılır
Rəisin ölümü necə baş verib? - "Dənizdə olarkən ayağından..."
Təşkilat sədri istintaqa çağırıldı
İsrail həbsxanalarında 11 minə yaxın fələstinli var - Onlardan 500-dək qadın və uşaqdır
Fərid Abuşov vəzifədən uzaqlaşdırılıb
“Bakı Metropoliteni”nin 700 minlik tenderi ləğv olunub
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
Qarabağa səfərə icazə müddəti artırıldı
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər bəlli oldu- 1 manatı aşmayacaq
CHP sədri Özgür Özəlin deputat toxunulmazlığı götürülür - Parlamentə təqdimat verildi
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTO
MİLYARDLIQ QAZ İTKİSİ: və ya onu havaya "ucuranlar"... - ŞOK FAKTLAR VƏ... (YENİLƏNİB)
Vasif Qurbanzadə vəzifəyə təyin edildi - Nazirlikdə dəyişiklik
Sabah hava necə olacaq? - Proqnoz
DTX-dən MÜHÜM ƏMƏLİYYAT: mənzillərin kameralarına kənardan qanunsuz girişlərin qarşısı alınıb
Bakıda qadın 10 kq narkotiklə saxlanıldı
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
ABŞ-da təyyarə qəzası olub, dörd nəfər ölüb
Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub
ABŞ bəzi ölkələrə tarif tətbiqinin müddətini daha bir ay uzadıb: "Amma hər an hər şey ola bilər"
Özünü Allah sayan biclər... - Təbriz VƏFALI YAZIR
Biləsuvarda narkotik dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
Qəzzaya növbəti hücum: daha 58 dinc sakin ölüb
Pentaqon Kiyevə müdafiə silahları göndərmək planlarını təsdiqləyib
Lənkəranda gənc sürücü yol qəzasında ölüb
İcra başçısının nümayəndəsi həbs edilib - Məhkəmə zalında
Netanyahu həbs təhdidinə cavab verdi: "Trampla gedəcəyik" - ABŞ lideri isə "başı böyük bəlaya girər" dedi
Tramp FTB haqqında belə dedi: "Başıpozuq liderlik səbəbiylə..."
TRAMP MOSKVA İLƏ KÖRPÜNÜ YANDIRIR: "Ukraynaya daha çox silah göndərəcəyik" - "Onlar özlərini müdafiə edə bilməlidir"