Bakıda iməcilik keçiriləcək

img

23-05-2024 [10:18]


Paytaxt Bakıda şəhərin sanitar təmizlik səviyyəsinin yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə may ayının 25-də genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR