Keçmiş xidmət rəisi 9 milyonluq məhkəmə iclasında: "İstintaq bağ evlərimi 684 min 240 manat qiymətləndirilib..." - "480 min manatı..."
22-05-2024 [18:34]
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Unikal-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Məlikzadənin vəkili Vüqar Kazımov vəsatətlə çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, əmlaklarının üzərinə həbs qoyulub.
Vəkil qeyd edib ki, Rəşad Məlikzadə istintaq zamanı 160 min manat dövlətə dəymiş ziyanı ödəyib:
"İstintaq zamanı Rəşad Məlikzadənin həyat yoldaşı Şəms Məlikzadənin adına Ləhic bağlarında 5 kotej tipli evlərinin üzərinə həbs qoyulub. İstintaq zamanı həmin bağ evləri 684 min 240 manat qiymətləndirilib. Amma Rəşad Məlikzadə həbs olunamışdan əvvəl dövlətə dəymiş ziyanın ödənilməsi üçün həmin bağ evlərini satılması üçün müştəri ilə razılaşıblar, 40 min manat da beh alınaraq müqavilə bağlanıb. Həmin əmlakı 800 min manata razılaşırlar. Bu da istintaqın qiymətləndirilməsindən 120 min manat çoxdur. Biz ziyanın ödənilməsi məqsədilə həmin əmlakın üzərindən həbsin götürülməsini, əmlakın satışa çıxarılmasını istəyirik. Şəms Məlikzadə də buna etiraz etmir. Həmçinin, Rəşad Məlikzadə müharibə veteranıdır. Bu da məsuliyyətinin yüngülləşdirilməsi üçün əsasdır".
Vəkil daha sonra Rəşad Məlikzadənin cinayət işində olan video çəkilişə baxış keçirilməsini xahiş edib. Vəkil bildirib ki, Rəşad Məlikzadənin həmin videoda 480 min manatın Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxslərinə verməsi barədə danışığı olub.
Rəşad Məlikzadə özü də vəsatətlərin təmin olunmasını istəyib. Bildirib ki, həbs olunamışdan əvvəl həmin əmlakın satılması üçün bir nəfərlə razılığa gəlib: "Amma həmin şəxs Rusiyada olduğu üçün alqı-satqı bir qədər gecikdi. Buna görə də, əmlakı satıb dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirə bilmədik".
Prokuror isə vəsarətə münasibət bildirmək üçün vaxt istəyib. Məhkəmə prokurorun istəyini nəzərə alıb.
Növbəti proses mayın 29-da davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxsin barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cinayət işi başlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Rəşad Məlikzadə 2017-2018-ci illərdə "N" saylı hərbi hissədə maliyyə xidmətinin rəisi, 2018-2022-ci ilin fevralın 10-dək olan müddətdə isə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi vəzifəsində işləyib. Rəşad Məlikzadə vəzifə saxtakarlığına yol verib. O, 9 milyon 369 min manat mənimsəyib.
Məlum olub ki, istintaqın əvvəlində 9 milyondan çox mənimsəmədə ittiham olunan Rəşad Məlikzadəyə ziyanı ödəməsi üçün ilk vaxtlar fürsət verilib, sonradan xüsusilə külli miqdar təşkil edən ziyanın ödənilməsi ləngidiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs bu günə kimi 9 milyon 369 min manat vəsaitin cəmi 150 min manatını ödəyib.
Xatırladaq ki, cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Rəşad Məlikzadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilib. Daha sonra onun barəsində olan cinayət işi üzrə ayrıca icraatda araşdırma aparılıb.
General-mayor Nizami Məmmədov Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birlikdə mühakiməsi ayrı icraatda davam edir.
Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Azər İsrafilov
Rusiya və Belarus NATO-ya qarşı hərbi güclərini genişləndirir: "Bu təhdidlərə cavab verməmək mümkün deyil"
Azərbaycan millisnə özbək baş məşqçi təyinat alıb
Qəzzada həkim və tibb bacısı öldürülüb
Tramp sabiq prezident Obamanı təhqir elədi: "O, iyrənc adamdır"
Qurban Qurbanov: "Ayaks"ın futbolun böyüməsində çox payı olub"
Prezident Ərdoğan Rusiyaya gedib - Böyük heyətlə
MSK yenidən formalaşdırılacaq - Partiya liderlərindən açıqlamalar
Prezident İlham Əliyev Rusiyada - Tatarıstan prezidenti Azərbaycan liderinə orden verdi (FOTOLAR) - Yeniənir
Partiya sədri parlamentdə həmkarına kəndir fırlatdı: "Al bunu, başımın üstə saxla!" - VİDEO
Sabah hava necə olacaq? - Proqnoz
Daxili İşlər Nazirliyi “ASAN xidmət” mərkəzlərində işləmək üçün kadr axtarır - Şərtlər elan olundu
"TRAMP SEÇKİ GÜNÜ AXŞAMI BÖYÜK TƏXRİBATA HAZIRLAŞIR" - Harris onun vaxtından əvvəl özünü prezident elan etmək niyyətində olduğunu deyir
Bakıda 37 yaşlı şəxs özünü asıb
KAMRAN ƏLİYEV ONLARI YENİ VƏZİFƏLƏRƏ TƏYİN ETDİ - Siyahı + FOTO
Xankəndidə erməni qadın ölüb
ÖLKƏDƏN BÖYÜK PULLAR ÇIXARANLAR QANDALLANDI - Prokurorluq adları açıqladı (TƏFƏRRÜAT)
Hikmət Hacıyev: "Bu, ikiüzlülərin oyunudur"
İlham Əliyev Viktor Orbana məktub göndərib - MƏTN
SU BASAN TUNEL, İKİ CAN VƏ 40 MİLYONLUQ OTEL - “Körpü Bina Tikinti”dən iddialara elə cavab verildi ki...
Qrant müsabiqələri elan olunub - ŞƏRTLƏR
Bakıda Rus Dram Teatrının 85 yaşlı aktyoru arvadı ilə birgə öldürülüb - Qatil qandallanıb
ÖCALANIN ƏN YAXIN ADAMI DANIŞDI: MHP liderinin səsinə səs veriləcək? - 29 oktyabrda PKK və kürdlərə müraciət gözlənilir
Araz Talıbov saxlanılıb
Azərbaycan nefti daha 2 dollardan çox qalxdı
"McDonald's"də qorxunc yeməklər: burgerləri bağırsaqlarda ciddi problemlər yaradır, ölən var
Gülənaz bibiyə rekviyem! - Əli Bağış yazır
Siyasi şərhçi: "Eldar Əzizov elə danışır ki, sanki..."
İsrail Livanı yenidən bombalayıb: ölən və yaralananlar var - Bəzi cəsədlər tanınmaz hala düşüb
Sudanda toqquşma: 46 nəfər ölüb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
2 NƏFƏRİN CAN VERDİYİ TUNEL: onu kim tikib? - “Körpü Bina Tikinti”, Cavid Qurbanovun müavini və milyonlarla ölçülən layihələr... (FOTOLAR)
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Çempionlar Liqası: "Milan" rəqibini 3 qolla keçdi
DİQQƏT: təmiz bal istəyirsiniz? - FOTO
Asim Niyazovu bıçaqlayan şəxs tutulub
Sabiq müşavir həbs edilib
"Bu biabırçılığa kimlər cavab verəcək?" - Osman Gündüz yazır
Ərəb Liqası fövqəladə iclas keçirib - BMT TŞ-yə müraciət ünvanlanıb
Ceyhun Bayramovla Hikmət Hacıyev səfirlərlə görüşüb, sualları cavablandırıblar - FOTOLAR (Yenilənib)
Bu həkimlərin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
Ukrayna əhalisi 8 il içində 10 milyon azalıb - BMT açıqladı