Təhlükəsizlik və Müdafiə sektorunun ümumi itkiləri: STATİSTİKA (2014, birinci yarım il)

img

30-06-2014 [23:04]


"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 47 nəfər təşkil edib. Bu barədə məlumat verən "Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd etdi ki, ötən müddətdə 84 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 34-ü isə qeyri-döyüş itkiləridir.

8 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 1 nəfər bədbəxt hadisədən (suda boğulma), 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 2-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (84 nəfər) C.Sümərinli bildirdi ki, onların 19-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-si intihara cəhddən, 11-i erməni gülləsindən, 9 nəfər mina partlayışından, 2 nəfər təlimdə, 33-ü avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 71 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.
Ötən dövrdə Azərbaycanın 8 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb.
Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).

"Doktrina” JHAM İnformasiya Departamenti


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA