Azərbaycanda əsgər hərbçi yoldaşını qətlə yetirib

img

30-06-2014 [11:36]


Azərbaycan Ordusunda qətl törədilib. Hadisə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Yaşar Əhədzadə aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı İlkin Musayevə dəmir parçası ilə xəsarət yetirib. Nəticədə İ. Musayev aldığı xəsarətdən dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA