PARLAMENT SEÇKİSİ: ONLAR BU DƏFƏ DEPUTAT OLMAYACAQ - Yeni siyahı açıqlandı
06-05-2024 [09:53]
Azərbaycanda yaxın vaxtlarda VII çağırış Milli Məclisə seçkilərin keçiriləcəyi gözlənilir. Azərbaycanın Konstitusiyasının 84-cü (Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti) maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.
Mia.az-ın məlumatına görə, müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
Konstitusiyasının 98-ci maddəsinə əsasən, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericilik hazırki seçkilərin erkən keçirilməsinə əsas verir. Yəni yay aylarında seçkilərin keçirilməsi gözləniləndir.
Bir neçə gün öncə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər. O, buna səbəb kimi noyabr ayında keçiriləcək COP29-la bağlı tədbirləri göstərib: "Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır".
Belə olan halda, parlamentin üzvlərinin kimlərdən formalaşacağı diqqət mərkəzindədir. Ona görə də iddiası olanlar, artıq fəallaşmağa başlayıblar. Seçkidən seçkiyə fəallaşanlar həmişə olub.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, bu dəfə isə mənzərə fərqli olacaq, dövlət və xalq hər zaman fəal olanlara üstünlük verəcək.
Ona görə də hazırki deputatların bir hissəsinin VII çağırışda yer almayacağı, xüsusilə siyasi partiya təmsilçilərinin yenilənəcəyi bildirilir. Bütün hallarda hakim Yeni Azərbaycan Partiyasının təmsilçilərinin yeni parlamentdə çoxluq təşkil edəcəyi şübhəsizdir.
Onu da qeyd edək ki, hazırki sədr Sahibə Qafarovaya yenidən etimad göstəriləcəyi ehtimalı böyükdür.
Müavinlər səviyyəsində dəyişiklik ediləcəyi gözləniləndir. İşğal altında olan torpaqları cəmi 44 günə azad edən ölkənin parlamenti daha da güclənməlidir. İndi müharibə hərb meydanında deyil, diplomatik müstəvidə həyata keçirilir. Prezident İlham Əliyev bu döyüşü də uğurla həyata keçirir. Bu məsələdə deputatların da üzərinə böyük məsuliyyət düşür. Ona görə də yeni çağırış Milli Məclis həlledici olacaq.
Növbəti çağırışda təmsil olunmayacağı bildirilən deputatların adlarını təqdim edirik:
Ülviyyə Ağayeva (bitərəf)
Əminə Ağazadə (bitərəf)
Sahib Alıyev (bitərəf)
Müşfiq Cəfərov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Nizami Cəfərov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Məzahir Əfəndiyev (bitərəf)
Jalə Əhmədova (bitərəf)
Jalə Əliyeva (bitərəf)
Rauf Əliyev (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Əhliman Əmiraslanov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Ziyafət Əsgərov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Oqtay Əsədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Emin Hacıyev (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Sabir Hacıyev (bitərəf)
Aydın Hüseynov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Sevinc Hüseynova (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Ülviyyə Həmzəyeva (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Malik Həsənov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Nurlan Həsənov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Səbinə Xasayeva (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Eldar İbrahimov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Məlahət İbrahimqızı (Yeni Azərbaycan Partiyasının üzvüdür)
İmamverdi İsmayılov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Şahin İsmayılov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Pərvin Kərimzadə (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Kəmaləddin Qafarov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Cəbi Quliyev (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Musa Qasımlı (bitərəf)
Sadiq Qurbanov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Aydın Mirzəzadə (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Rasim Musabəyov (bitərəf)
Elşən Musayev (Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədridir)
Anar Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Aqil Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
İlham Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
İqbal Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Məşhur Məmmədov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Əli Məsimli (bitərəfdir)
Aqiyə Naxçıvanlı (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Könül Nurullayeva (Bitərəfdir)
Bəxtiyar Sadıqov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Əliabbas Salahzadə (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Ziyad Səmədzadə (bitərəfdir)
Vasif Talıbov (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Sədaqət Vəliyeva (Yeni Azərbaycan Partiyasının üzvüdür)
İltizam Yusifov (bitərəfdir)
Fatma Yıldırım (Yeni Azərbaycan Partiyasının üzvüdür)
Qeyd edək ki, Bu, seçki prosesi olduğundan kiminsə indidən qəti şəkildə seçilməyəcəyini bildirmək mümkün deyil. Amma reallıq ondan ibarətdir ki, hakim Yeni Azərbaycan Partiyası çox güclüdür, irəli sürdüyü namizədlərin əksəriyyəti qələbə çalır. Digər bir məqam ondan ibarətdir ki, əgər hakim partiya hansısa seçki dairəsində güclü bitərəf şəxsin namizədliyinə loyal yanaşırsa, o zaman həmin dairəyə güclü namizəd irəli sürmür. Bir sözlə, hakim partiya seçkilərdə lokomativ rolunu oynayır.
MİA.AZ
Rusiyanın döyüş təyyarəsi Finlandıiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Türkiyənin valyuta ehtiyatı rekord yeniləyib, qızıl ehtiyatı isə... - Həftəlik hesabat
Brüsseldə yenə naməlum dronlar təhlükə saçıb - Uçuşlar dayandırılıb
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verdi: "Ölkələrimizi təkcə coğrafiya deyil, həm də..."
Polis əməliyyatı: "telegram"da azyaşlılara aid porno videolar satan şəxslər saxlanıldı
"Bir canım var, o da bu vətənə qurban olsun" - Fuad Nəcəfli haqqındakı iddialara maraqlı reaksiya verdi
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
Zaqatala sakini “Nar”dan avtomobil qazandı
Bakıda bu şadlıq evində görün nə əti verilirmiş - FOTOLAR
"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi
Tələbə mərkəz direktorunu məhkəməyə verib
Ağdərə rayonuna növbəti köç olub
PA-nın şöbə müdiri yeni və köhnə icra başçısı ilə bir arada - FOTO
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTOLAR
AFFA bəzi klubları cərimələyib
Hindistan Çinlı müharibəyə hazırlaşır? - Mübahisəli ərazidə hərbi hava limanı açıldı, Pekin etiraz edir
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI
İsrail Livanı yenidən bombalayıb
Sabah hava necə olacaq? - Proqnoz
MEDİA media subyektlərinə dəstək üçün müsabiqə elan edib - Şərtlər