AK Partiya sözçüsü: "Ərdoğan Özgür Özəli CHP qərargahında ziyarət edəcək"

img

02-05-2024 [21:27]


Xəbər verdiyimiz kimi, bu gün Prezident Rəcəb Tayyib Ərdoğan AK Partiya qərargahında CHP sədri Özgür Özəli qəbul edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşlə bağlı AK Partiya sözçüsü Ömər Çelik açıqlama verib.

O,  prezident Ərdoğanla CHP sədri Özgür Özəl arasında görüşün müsbət atmosferdə keçdiyini deyib: "Hörmətli prezidentimiz CHP sədri, cənab Özgür Özelin səfərindən məmnun qaldı. Səfər müsbət abu-havada keçdi. Hörmətli prezidentimiz dialoqun davam etdirilməsi lazım olduğunu bildirdi. Cənab prezident münasib vaxtda CHP qərargahında Özgür Özəli ziyarət edəcək".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR