Sabirabadda 25 yaşlı oğlanın başını kəsdilər

img

28-06-2014 [13:58]


Ötən gecə Sabirabad rayonunda dəhşətli hadisə baş verib.  Sakinlərin verdiyi məlumata görə, rayon mərkəzində bir nəfərin başı kəsilib. 

***

Hadisə ilə bağlı "Qafqazinfo” Sabirabad rayon Polis Şöbəsinin rəisi Mübariz Quliyevlə əlaqə saxlayıb. Polis rəisi hadisənin qısqanclıq zəminində baş verdiyini bildirib. O qeyd edib ki, Sabirabad rayon sakini 1992 – ci il təvəllüdlü Fərəcov Araz Qabil oğlu həmin rayon sakini 1989-cu il təvəllüdlü Fətullayev Abbas Nazim oğluna boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. Adıçəkilən şəxs qanaxmadan vəfat edib. Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA