Mərkəzi Bank uçot dərəcəsini azaltdı: kredit faizləri necə olacaq?
01-05-2024 [13:07]
Vüqar Bayramov
Millət vəkili
***
Mərkəzi Bank uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlayıb. Qərar sabahdan qüvvəyə minəcək.
Uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır. 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ildə də eyni yanaşma davam etdirilir.
Mərkəzi Bankın uçot dərəcəsini endirməsi gözlənilən idi. Çünki makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi buna zəmin yaradır. Bununla yanaşı, baş bank hələlik faiz dəhlizi ilə bağlı konservativ siyasətini davam etdirir. Bu baxımdan da azalmalar mərhələli həyata keçirilir.
Mərkəzi Bankın son açıqlamasında sözügedən qərarın əsas səbəbi də məhz inflyasiya gözləntilərinin stabilləşməsi, profisitli tədiyə balansı və digər pul siyasəti alətləri ilə əlaqələndirilir.
Faiz dəhlizinin aşağı həddini dəyişdirilməməklə Mərkəzi Bank öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır. Bununla, baş bank qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Öncə də qeyd etdiyimiz kimi, bu ondan xəbər verir ki, Mərkəz Bank öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir.
Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır. Yəni, uçot dərəcəsinin endirilməsi kredit faizlərini də azaldacaqmı?
Kreditlərin ucuzlaşa bilməsi mümkünlüyünə gəldikdə isə, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur. Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarını gəlirlik əyirisi ilə yanaşı kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir.
Digər tərəfdən, son aylar depozit faizlərində də artımlar müşahidə olunur. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 9.0 faizlə qəbul edilər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb. Amma bankların daha bahalı borclanmasının kredit faizlərini artıracağı istisna deyil. Bu baxımdan, uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsi ilə kredit faizlərində optimallığın qorunması çox vacibdir.
MİA.AZ
Zelenski Prezident İlham Əliyevə zəng edib
Zakir Həsənov general Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Ceyhun Bayramov İtaliyanın yeni səfirini qəbul edib
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə görüşüb - FOTO
Mehriban Əliyeva dünya çempionunu təbrik edib
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
Roma Papası İrana başsağlığı verib
Helikopter qəzasında həlak olan İran prezidentinin cənazəsi Tehrana gətirilib - FOTO (Yenilənib)
Əli Əsədov yeni qərar imzalayıb
Yeni nazir vəkili özünə yeni köməkçi götürdü - O, kimdir? (FOTO)
İlham Əliyev Su Ehtiyatları Agentliyinin fəaliyyəti ilə bağlı fərman imzalayıb - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək
Mayın 5-də keçirilən imtahanların nəticələri elan edilib
Ceyhun Bayramov İran XİN başçısı əvəzi ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Hava ilə bağlı daha bir rəsmi - Xəbərdarlıq
Lavrov Astanada: "Qərb Avrasiyaya nəzarət etməyə çalışır”
Bakıda pakistanlı saxlanılıb - VİDEO
"Kanal13"ün rəhbəri barədə daha bir qərar verildi
Şəhid Əliyar Ələkbərov dəfn olunub (Yenilənib)
Qubad İbadoğlu ilə bağlı daha bir qərar verildi
Prezident İlham Əliyev İran səfirliyində olub, matəm kitabına ürək sözlərini yazıb - FOTOLAR
Prezident İlham Əliyev daha "yol xəritəsi"ni təsdiqləyib
COP29 ilə bağlı vergi güzəştləri tətbiq ediləcək
İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - FOTOLAR (Yenilənib)
Kəmaləddin Heydərov məşhur generalı yola saldı
Gəncə Dövlət Universitetində yoxlama başlayıb
Milli Məclisdə ötən ilin büdcəsinin icrasının tarixi məlum olub
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb - FOTOLAR
Türkiyə ordusu İraqın şimalında PKK-ya daha bir zərbə vurub
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
Sabah hava necə olaxaq? - Proqnoz
Sabiq deputatı aldadıblar: "Mənim şikayətimdən sonra onu işdən qovdular" - Məhkəmə prosesi
Nəsimi rayonunda müsabiqənin qalibləri elan edilib
İsrail "Hizbullah"ın daha bir səhra komandirini öldürüb
"Bandotdel"dən əməliyyat: bu şəxslər qandallandı - VİDEO
DEPUTATLAR TOPLANIB: daha 11 məsələ müzakirə olunacaq - SİYAHI
MİQ və problemlər...
İki xəstəxanaya direktor təyin olunub
Şimali Koreya lideri haqda mahnı qadağan olunub
Məşhur tenisçi axtarış verilib - Oğurluq ittihamı ilə
Qızdırmadan ölənlərin sayı artır - Açıqlamalar (VİDEO)