Qarabağ Universitetinə uğurlu rektor təyinatı... - Səxavət Tağlar yazır

img

21-05-2024 [11:47]


Məzunu olduğum Xankəndi Pedaqoji İnstitutunun bazasında yaranmış Qarabağ Universitetinə ilk rektor təyinatı olub.

Düzü, Qarabağ müharibəsində tam və yetkin qələbədən sonra Xankəndi şəhərində belə bir möhtəşəm Universitetin yaranması əsl ümumxalq sevgisi idi. 

İnşallah, böyük sevgi- sevinclə sentyabrda öz torpağımız, öz yurdumuz olan gözəl Xankəndi şəhərində Qarabağ Unversiteti qapılarını üzümüzə açacaq. Universitetə cənab Prezident İlham Əliyev tərəfindən uğurlu rektor təyinatı oldu.

Yeni rektor Şahin Bayramov Azərbaycan təhsilində tanınan, sevilən, nüfuzlu bir elm- təhsil insanıdır. Bu təyinata kimi ali təhsil müəssisələrində, Elm və Təhsil Nazirliyi sistemində işləyib, 31 iyul 2019- cu il tarixdən isə Mingəçevir Dövlət Universitetinin rektoru idi. Şahin müəllimin yeni təyinatını təbrik edirik, ona uğurlar arzulayırıq!

Yeni təyinatı rektor belə qarşılayıb: "Doğma Qarabağmızın adını daşıyan ali təhsil müəssisəsində rektor təyin olunmaq sözlə ifadə edilməsi mümkün olmayan fəxarətdir. Qürur hissləri keçirirəm. Eyni zamanda, bu təyinat çox böyük məsuliyyətdir".

Səxavət Tağlar,

Əməkdar müəllim, Prezident təqaüdçüsü.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq