Bakıda məcburi köçkün özünü dənizə ataraq intihar edib

img

28-06-2014 [10:50]


Bakıda intihar hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Kəlbəcər rayonundan olan məcburi köçkün, 1971-ci il təvəllüdlü Bəxtiyar Qədim oğlu Musayev özünü dənizə ataraq intihar edib. Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib. İlkin məlumata görə, B. Musayev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş. Onun intihar etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA