Zərdabda vəhhabilər həbs edildi

img

27-06-2014 [15:58]


Azərbaycanda vəhhabi təriqətinin üzvü olduğu iddia edilən şəxslər saxlanılıb.

APA-nın verdiyi məlumata görə, Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəhhabi təriqətinin üzvü olduğu iddia edilən rayon sakinləri Ruslan Abdullayev və Səbuhi Cəfərov saxlanılıblar.

Zərdab Rayon Polis Şöbəsindən S. Cəfərovun saxlanılması xəbərini təsdiqləyiblər. Bildirilib ki, S. Cəfərov qanunsuz silah saxlamaqda təqsirli bilinir. Onun yaşadığı evdən əl qumbarası götürülüb.

Polisdən həmçinin bildirilib ki, S. Cəfərov uzun müddət Suriyada gedən döyüşlərdə iştirak edib və bu ilin fevralında geri qayıdıb.

Zərdab polisindən R. Abdullayevin saxlanılması barədə isə məlumat verməyiblər.

R. Abdullayevin qardaşı Ramiz Abdullayev də Suriyada gedən döyüşlərə qatılıb. O, İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının fəal üzvlərindən sayılır.

Məlumata görə, R. Abdullayevin saxlanılması da qardaşı ilə bağlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA