Bakıda kartlardan pul və avtomobillərdən nömrə oğurlayanlar saxlanılıb - FOTO

img

17-04-2024 [18:03]


Paytaxtın Nəsimi rayonunda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanılıb.

Mia.az xəbər verir ki, bu məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik cinayətlərinə görə saxlanılmış Ceyhun Nağıyevin rayon ərazisində “Lexus” və “Toyota” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığı müəyyən olunub. Dövlət qeydiyyat nişanları sahiblərinə qaytarılıb.

Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə bir nəfərə aid kartdan 3000 manat oğurlayan paytaxt sakini Azər Əliyev və avtomobildən 1500 manat pul, bank kartı və sənədlər oğurlayan Kənan Həsənov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR