Makron Bakıdakı səfirini məsləhətləşmə üçün geri çağırıb: "Azərbaycanla münasibətlərdə maraqlıyıq" - Fransa XİN açıqlama yaydı

img

17-04-2024 [08:42]


Fransa Bakıdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.

Bildirilib ki, Fransa Azərbaycanla yaranan gərgin münasibətləri müzakirəe tmək üçün bu addımı atıb.

Xarici İşlər Nazirliyi “Azərbaycanın aqressiv münasibəti"nin səbəbini öyrənmək istədiklərini də sözlərinə əlavə edib.

Xəbərdə o da deyilir ki, Fransa prezidenti Emmanuel Makronun ölkəsinin Bakıdakı səfiri ilə görüşüb, vəziyyəti birgə müzakirə ediblər: "Makron Azərbaycanla münasibətlərin gərginləşməsindən təəssüfləndiyini bildirib və rəsmi Bakıdan niyyətlərinə aydınlıq gətirəcəyini gözlədiyi ifadə edib...".

XİN-dən bildirilib ki,  ki, Fransa prezidenti ölkəsinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.

Xatırladaq ki, 2023-cü ilin sonundan Fransa ilə Azərbaycan arasında münasibətlərdə gərginlik var. Azərbaycan Ermənistana hərbi yardımlarını artıran, bölgədə Azəırbaycanın 30 illik işğal olunan torpaqlarını azad etməsi ilə barışmayan Paris hökumətinin yenidən müharibə ab-havası yaradan siyasətini qəbul etməyib və buna qarşı sərt mövqeyini ortaya qoyub. Fransa isə Azərbaycanınhaqlı və qanuni mövqeyini müdafiə etməkdənsə, istər siyasi, istərsə də hərbi sahələrdə ölkəmizə təzyiqə can atıb. Rəsmi Paris hətta açıq şəkildə 2023-cü ilin dekabrında Ermənistana 50 zirehli texnika göndərib. Bu ilin fevral ayında müdafiə naziri Sebastien Lecornu Ermənistana rəsmi səfərə yollayıb və orada ermənilərə qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemləri verməyə hazır olduqlarını bəyan ediblər.

Ötən ilin sonunda Azərbaycan Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşını “persona non qrata” elan edib, yanvarda isə Fransa vətəndaşı ölkədə casusluq etdiyinə görə həbs edilib.

Əhməd

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR