"Əl-ayağımı, ağzımı bağlayıb, 10 min manat istədi" - Evinə basqın edilən vəkilin məhkəməsi
16-04-2024 [15:08]
Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi keçirilən iclasda zərərçəkmiş şəxs ifadə verib. Mayis Əliyev ifadəsində təqsirləndirilən şəxsi tanıdığını deyib:
"Təqsirləndirilən şəxsi tanıyıram. Mən vəkilliklə yanaşı ictimai birliyin sədriyəm. Buna görə də müxtəlif layihələr həyata keçirirəm. Məcburi köçkünlərə pulsuz hüquqi yardım göstəririk. Belə layihələrin birinin icrası zamanı təqsirləndirilən Ceyhun Məmmədov mənə yaxınlaşdı, bacısının işi üçün kömək istədi. Dedi ki, bacısı xalası oğlu ilə evlənib, sonra boşanıb. Aliment almaq istəyirlər. Mən ərizəni hazırladım. Hətta mənə dedi ki, bacım məcburi köçkündür, öz vəsiqəsini ala bilmir. O sənədin pulunu da öz cibimdən ödədim. Mənim ofisimə də gəlib. Ofisim yaşadığım evlə eyni binada yerləşir. Ondan sonra bir neçə dəfə əlaqə saxladı. Bu danışdıqlarım hadisədən 1 il qabaq olub".
Daha sonra zərərçəkmiş M. Əliyev hadisə barədə danışıb: "Hadisə günü yaşadığım binaya yaxınlaşıb, binanın mühafizəçisinə deyib ki, Mayıs müəllim məni çağırıb. Mühafizəçi də gətirib mənim evimə. Evdə tək idim, qapını açdım. Sonradan bunu tanıdım. Mühafizəçi gördü ki, tanıyıram liftə mindi. Bu girdi içəri. İçəri girən kimi cibindən bıçağı çıxarıb mənə dirədi. Dedi ki, bacımı öldürüb bura gəlmişəm. Sən demə, məni qorxutmaq istəyirmiş. Bıçağı mənə dirəyib mətbəxə apardı. Orda iplə əlimi bağlayıb otağın ortasında kresloda otuzdurdu. Ütünün naqilini kəsib əllərimi bağladı. Sonra hardansa skoç tapıb ağzımı bağladı. Dedi ki, ölkədən çıxması üçün ondan 8 min manat istəyiblər, mən ona 10 min manat tapmalıyam. Dedi ki, tutulsam, özümü öldürəcəm. Sonra işlətdiyim telefonu çıxarıb üzümə tutdu, telefon açılandan sonra bank proqramında övladlarımın təhsil haqqları üçün yığdığım 8 min manatı gördü. O pulu hissə-hissə öz kartına köçürdü. Sonra gedib paltarlarımın cibini axtardı. Ordan da pul tapdı. Ümumi olaraq 11 min manat götürdü. Mənə dedi ki, təcili getməlidir. Paltarlarımdan da götürdü. Mənim əlim, ayağım və ağzım bağlı idi. Alnımdan öpdü, dedi ki, sən yaxşı adamsan, bağışla. İşarə ilə dedim ki, məni burax. Dedi ki, nömrə ver, 1 saat sonra yığacam, gəlib səni xilas etsinlər. Bir bacım oğlunun, bir də həmin gün bizə gələcək bir nəfərnin nömrəsini verdim. Çıxıb getdi. Qapını arxadan bağladı, açarı üstündə saxladı. O gedəndən sonra ağzımı açmağa çalışdım. Ağzımı açandan sonra əllərimi açmağa çalışanda gördüm əllərim qaralıb. Ayağımı da açandan sonra pəncərədən küçədən keçən birini çağırdım. O da mühafizəyə deyib. Mühafizəçi gəlib məni xilas etdi. Gedəndə telefonlarımı gizlətmişdi deyə, mühafizəyə dedim bacım oğlunu yığsın. O gələndən sonra 102-yə məlumat verdi".
Növbəti proses zərərçəkmiş şəxsin ifadəsi ilə davam edəcək.
Məhkəmə mayın 7-dək təxirə salınıb.
Qeyd edək ki, ittihama əsasən, 31 yaşlı Ceyhun Məmmədov Azərbaycan Universitetinin professoru, hüquq üzrə elmlər doktoru, vəkil Mayis Əliyevə evində hücum edib. Bank proqramı vasitəsilə onun kartında olan 8 min manatı öz kartına köçürüb. Bundan başqa, nağd pul və digər əşyaları götürərək evdən qaçıb.
Ceyhun Məmmədov barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.
Mayis Əliyev Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Universitetinin professoru, "Sosial hüquqların araşdırılması" İctimai Birliyinin sədridir.
"Ayaks"ın oyunçu: "İnanıram ki, "Qalatasaray"ı məğlub edəcəyik"
"Alt şüurda ilişib qalmış xatirə, yaxud nastolji..." - Dövlət Komitəsinin, yoxsa Agentliyin səhvi? - FOTOFAKTLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ”-“Çelsi” matçına qanunsuz bilet satanlar saxlanıldı - VİDEO
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
"Beşiktaş"ın sabiq futbolçusu dönər biznesinə girişib
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
İsrail hərbçiləri İordan çayının qərb sahilində: yeni əməliyyatlar başlayıb - Həbslər var
Səlçuk İnan: "Qalatasaray"ı məğlub edəcəyik"
Kamal Kılıçdaroğlunn süqutu: ofis təhvil verildi - Türkiyə siyasətində daha bir dövr qapandı (FOTO)
"Trabzonspor"da zədəli oyunçuların sayı çoxalıb - Kamerunlu qolkiper də sıradan çıxıb
Zəfər Günü yürüşlərin olacağı küçələr - SİYAHI
Qəzzada ölənlərin sayı 68.872-yə çatıb
Bakıda daha bir məktəbdə qalmaqal: direktorla müəllimə üz-üzə gəlib
"Qarabağ"- "Çelsi" oyunu... - Qurban Qurbanov klubun bliet satışına problem yaradılmasına belə cavab verdi (VİDEO)
Əkrəm İmamoğlunun atası və oğlu istintaqa çağırılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Məhkəmə ilə bağlı yeni sistem yaradılacaq - Fərman imzalandı
Prezident İlham Əliyev daha bir fərman imzaladı - Detallar
Bakı metrolarında yeni ödəniş forması tətbiq olunub
Məktəblərdə bayram tətili... - Agentlik açıqlama yaydı
Parada görə marşrutların istiqaməti dəyişdirilir, bəzləri müvəqqəti işləməyəcək - SİYAHI
“Azercell”in dəstəyi ilə şəhid övladları üçün II İntellektual Marafon keçirildi - FOTOLAR
Mikayıl Cabbarov Rövnəq Abdullayev və komandasını "vurdu" - “SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”
Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüb - Yeni detallar
HANSI SAHƏLƏRƏ VERGİ GÜZƏŞTLƏRİ OLACAQ? - Nazir sadaladı
Bu qurumların layihələrinə vəsait ayrılmayacaq
AzTV-də 26 milyon manat hara yoxa çıxıb? - Açıqlama
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
Fəzail Ağamalının nikahdankənar oğlu... - İki də nəvəsi varmış
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ