"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır - Futbolçu yeni müqavilədən imtina edib

img

16-04-2024 [10:10]


"Qalatasaray" daha bir futbolçu ilə vidalaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əzəli rəqibi "Fənərbağça" ilə çempionluq yarışında olan "Qalatasaray" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Məlumata görə, "Qalatasaray" klubunun rəhbərliyi son aylar yaxşı oyun sərgiləyən danimarkalı müdafiəçi Viktor Nelssona yeni müqavilə təklif edib: "Lakin futbolçu gözlənilmədən yeni müqavilə təklifini rədd edib. O, Avropanın nəhəng klublarından təklif gözlədiyini gizlətməyib".

Türkiyə mətbuatı yazır ki, danimarkalı oyunçu ilə İtaliyanın son çempionu "Napoli" daha ciddi formada maraqlanır: "O, bu transferə müsbət yanaşır...".

Xatırladaq ki, 26 oyunçu "Qalatasaray"la indiyədək 120 matça çıxıb. O, bu oyunlarda cəmi 4 qol vurub, bir məhsuldar ötürmə edib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR